“Instagram” sosial şəbəkəsinin direktoru Adam Mosseri deyib ki, onlar laykların sayını gizlətmək üsulunu axtarırlar. Bu, istifadəçiləri stresdən qorumalıdır.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.Proqramçılar variantlardan biri kimi şəxsi sayğac sisteminin yaradılmasını nəzərdə tuturlar: laykları yalnız şəklin müəllifi görəcək. Digər istifadəçilər hər hansı bir post üçün laykların sayını öyrənə bilməyəcəklər. Beləliklə, “Instagram”ın direktoru istifadəçilərin insanlarla ünsiyyətə önəm verməsinə kömək etmək istəyir. Onun fikrincə, insanlar layklara və özünü başqaları ilə müqayisə etməyə həddən artıq çox enerji sərf edirlər.

Emil Hüseynov

İstinadlar ict news