Bu gündən etibarən postların altında laykların sayı “Instagram” istifadəçilərinə göstərilməyəcək. Bu haqda sosial şəbəkə öz “Twitter” mikrobloqunda məlumat paylaşıb.

Məlumata görə, sınaq proqramı indi bütün ölkələrdə əlçatan olacaq, ancaq sosial şəbəkənin hesabları hansı prinsip üzrə seçəcəyi açıqlanmayıb. Yenilik həm şəkil, həm də videoları əhatə edir.

Sosial şəbəkənin laykları ləğv etməyi nəzərdən keçirməsi bu ilin aprelində məlum olmuşdu. “Instagram” proqramının mütəxəssisləri istəyirlər ki, istifadəçilər laykların sayı haqqında deyil, postlar barədə düşünsünlər.

İyulun 18-də “Instagram” sınaq rejimində postların altında laykların sayını gizlətmişdi. O zaman yenilik Avstraliya, Braziliya, İtaliya, İrlandiya, Yeni Zelandiya və Yaponiyada əlçatan idi.

Emil Hüseynov

İstinadlar ict news