Rusiyanın Yekaternburq şəhərində inkassator 1 milyon rubla yaxın pulu götürərək qaçıb.

Bu barədə “Ren” TV məlumat yayıb.

Məlumata əsasən, insident yanvarın 10-da qeydə alınıb. O, pulla dolu çantanı götürərək həmkarlarına bir neçə dəqiqəyə qayıdacağını söyləyib. Bir qədər sonra onun qaçdığı məlum olub. İnkassator təşkilatının əməkdaşları polisə müraciət ediblər.  Çantada təxminən 1 milyon rubl olub.

Təhlükəsizlik xidməti əməkdaşları pulları götürüb qaçan inkassatorun axtarışlarına başlayıblar.

İstinadlar Qafqazinfo