İngiltərənin Şeffild bölgəsində həmkarı tərəfindən “keçəl, kök” kimi təhqirlərə məruz qalan şəxslə bağlı məhkəmə qərar verib.

Elektrik texniki olduğu bildirilən Toni Finn, fabrik müdiri Ceymi Kinqə qarşı böhtan iddiası qaldırıb.

Məhkəmə zamanı hakim Conatan Breyn belə nəticəyə gəlib ki, saç tökülməsi kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir və buna görə də kiminsə şəxsiyyəti haqda danışan zaman keçəlliyi misal çəkmək “ayrı-seçkilik” forması yaradır.

Nəticədə, məhkəmə keçəlliyin bir cinsin xarakterik xüsusiyyəti ola biləcəyinə qərar verib və ritorikanın “seksist” olduğu qənaətinə gəlib.

Finnin təzminatı gələcək məhkəmədə müəyyənləşəcək.

İstinadlar Qafqazinfo