İngiltərənin qərbindəki Pul şəhərinin limanında “Perenko” (“Perenco”) neft-qaz şirkətinin boru kəmərindən neft sızması qeydə alınıb.
“200 barel civarında qatı maye” insident nəticəsində körfəzə tökülüb.
Məlumata görə, boru kəməri üzərindən neftin vurulması dayandırılıb, hadisə yerinə neft dağılmasının aradan qaldırılması üzrə mütəxəssislər cəlb olunub.
Yerli orqanlar sakinləri növbəti xəbərdarlığadək suda çimməkdən çəkinməyə çağırıb.