
İngiltərə milli futbol komandasının baş məşqçisi Qaret Sautqeyt yetirmələrinin “bir az əziyyət çəkməli olduğunu” bildirib.
Bunu 53 yaşlı mütəxəssis AVRO-2024-ün qrup mərhələsinin I turunda Serbiyaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
“Onların güclü komandası var. Bir az əziyyət çəkməli olduq, məncə, bu bizim üçün çox yaxşıdır”, – o söyləyib.
Eyni zamanda, milli komandanın rəhbəri “xüsusilə ilk hissədən razı qaldığını” vurğulayıb.