İngiltərənin baş naziri Tereza Meyin keçmiş rus agent Sergey Skripal və qızının zəhərlənməsində Rusiyanı ittiham etməsindən sonra İngiltərənin Rusiyadakı səfiri Lavri Tristov Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb

Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova məlumat verib. Lakin Zaxarova məsələ ilə bağlı geniş açıqlama verməyib.
Qeyd edək ki, T.Mey Skripal və qızının zəhərlənməsi hadisəsində böyük ehtimalla Rusiyanın barmağının olduğunu bildirmişdi. O, Rusiyaya bu günə qədər məsələyə münasibət bildirilməsi üçün vaxt vermiş və inandırıcı bir cavab ala bilmədikləri təqdirdə, bunu İngiltərə torpaqlarında güc tətbiqi kimi dəyərləndirəcəklərini söyləmişdi.