Azerbaycan24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Marko Rubio: ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir
  • Qəzzada ölənlərin sayı 53 minə çatır
  • Saçı süpürgə qadın…
  • “HƏMAS”ın azad etdiyi Amerika vətəndaşı ölkəsinə qayıdır
  • Çin və ABŞ ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi yaratmaq barədə razılığa gəliblər
  • Atlanta şəhərində texniki problem 450-dən çox aviareysin təxirə düşməsinə səbəb olub
  • Tramp ABŞ-də dərmanların 30-80% ucuzlaşacağını elan edib
  • Aİ və London müdafiə və təhlükəsizlik üzrə pakt hazırlayır
  • ABŞ prezidenti Yaxın Şərq turuna çıxır
  • Çində güclü zəlzələ baş verib
  • Marko Rubio: ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir
  • Qəzzada ölənlərin sayı 53 minə çatır
  • Saçı süpürgə qadın…
  • Aİ və London müdafiə və təhlükəsizlik üzrə pakt hazırlayır
  • Çində güclü zəlzələ baş verib
  • Misir və Qətər “HƏMAS”ın girovu azad etmək qərarını ümidverici addım kimi qiymətləndirib
  • Nigeriyada silahlı hücumlar nəticəsində azı 23 nəfər ölüb
  • “HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
  • “Al Jazeera”: ABŞ və “HƏMAS” birbaşa danışıqlar aparır
  • NBC: Trampla Netanyahu arasında münasibətlər İran və Qəzzaya görə pisləşib
  • Lerikdəndir, amma ABŞ polisidir – Fotolar
  • “Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm”
  • Tramp Ukraynanı Putinin təklif etdiyi danışıqlara dərhal razılaşmağa çağırıb
  • KİV: PKK terror təşkilatı ləğv olunur
  • İrəvanda iki təyyarə qasırğa səbəbindən eniş edə bilmir
  • Politico: Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
İnəyini apara bilməyən Nisənin saldığı kənd… – Videoreportaj
28/04/2025 08:05
“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO
11/05/2025 15:50
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video
11/05/2025 12:38
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video
11/05/2025 10:35
Prezidentin bugünkü çıxışının – Videosu
10/05/2025 23:17
Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır – Video
10/05/2025 11:59
Polis Akademiyasının kursantlarından fləşmob – Video
10/05/2025 09:38
Prezidentlə xanımından səmimi – Görüntülər – VİDEO
09/05/2025 21:55
“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO
09/05/2025 20:26
Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub – VİDEO
09/05/2025 19:38
DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi – Video+Fotolar
09/05/2025 13:35
“Avtobusun rənginə görə biz əziyyət çəkirik” – Video
08/05/2025 17:47
Şəhid bulağını kim dağıtmaq istəyib? – Rəsmi cavab – VİDEO
08/05/2025 11:38
Hacıqabulda suçəkmə işləri davam etdirilir – Video+Fotolar+
07/05/2025 18:28
Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib – VİDEO
07/05/2025 17:38
Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı – Video
07/05/2025 16:44
“Helikopterə minməyin…” – Rəisinin anasından Pezeşkiana – VİDEO
07/05/2025 14:47

Video xəbərlər

  • Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video
  • “Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO
  • Şəhidin 13 yaşlı qızı izdihamla dəfn edildi – Video
  • Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO
  • Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

13/05/2025
21:02 Tramp: ABŞ Suriyaya qarşı sanksiyaları dayandıracaq
20:50 Azərbaycanın Su-25 hücum təyyarələrinin qatıldığı “Anadolu Ankası- 2025” beynəlxalq təlimi başlayıb
20:41 ABŞ-nin xüsusi elçisi: Putin danışıqlarda iştirak edərsə, Tramp da İstanbula gedəcək
20:32 Rutte Ukrayna üçün imkanlar pəncərəsindən danışıb
20:20 ABŞ və Səudiyyə Ərəbistanı 600 milyard dollarlıq sazişlər paketi imzalayıb
20:11 Azərbaycanda ilk üç ayda yanğınlarda ölənlərin sayı açıqlandı
19:56 Bu il ölkə ərazisində 4 154 təbii və texnogen mənşəli hadisə baş verib
19:38 Merts: Aİ Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayır
19:29 Tramp iyunda NATO sammitində iştirak edəcək
19:26 Yeni hərbi prokuror kimin qohumudur?
19:23 Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı – 37 heyvan tələf oldu
19:20 Zelenski: Trampın Türkiyədəki danışıqlarda iştirakı Putinin iştirakı üçün təkan olacaq
19:08 Kelloq: ABŞ Dnepr çayının qərbində Avropa qüvvələrinin yerləşdirilməsini müzakirə edir
18:58 Bu rayonlara leysan yağır – Faktiki hava
18:56 İran Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndə təyin edib
18:47 KİV: Əş-Şəraa sabah Səudiyyə Ərəbistanında Trampla görüşə bilər
18:43 Vardanyanın məhkəməsi davam etdirilir – Fotolar
18:41 Zakir Həsənov: Azərbaycan-Türkiyə hərbi qulluqçularının birgə təlimlərinin sayı ötən ilə nisbətən artıb
18:40 Prezidentin sərgidən – Fotoları
18:23 Sabah İmişlinin 21 kəndində qaz təchizatı dayandırılacaq
18:20 Ərdoğan: NATO Rusiya-Ukrayna müharibəsində tərəfə çevirilməməlidir
18:14 Bu ərazilərdə qaz olmayacaq
18:08 Zelenski: Hamı Türkiyədə Putinlə görüşə hazırdır
18:02 Saleh Səmədov vəzifəsindən azad edildi
17:59 Paşinyan: Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik
17:52 Azərbaycanla CİAT arasında əməkdaşlıq memorandumu imzalanıb
17:50 Bakıda 128 yaşlı tarixi bina sökülüb? – Foto
17:37 KİV: Trampın hansı halda İstanbula gələ biləcəyi bəlli olub
17:35 Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
17:32 Dörd ayda əhali 18 milyarddan çox xərcləyib
17:29 Onların mənzillə təminat müddəti uzadıldı
17:23 Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb
17:17 Aİ Ukraynada atəşkəsə nail olunmayacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
17:14 Azərbaycanın yeni hərbi prokuroru kimdir? – Foto
17:08 Almaniya səfiri: “Avropanın “yaşıl enerji” transformasiyasında Azərbaycanın rolu artır”
17:07 Prezident onu hərbi prokuror təyin etdi
17:05 Azərbaycan əhalisinin yanacaq xərcləri 4 ayda 7 % artıb
17:04 İranda elektrik enerjisinə qənaət məqsədilə dərslər saat 6-da başlayacaq
17:02 Qarşıdakı 2 gün güclü külək əsəcək – Xəbərdarlıq
16:55 Ayağında qırılıb qalan iynə 14 gün sonra aşkarlandı – Fotolar
16:53 Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı ölkəsinə təhvil verilib
16:47 Trampın xüsusi nümayəndələri Rusiya və Ukrayna arasında aparılacaq danışıqlarda iştirak edəcəklər
16:29 Yalçın Rəfiyev: “COP30-da “Bakıdan Belemə” adlı yol xəritəsi təqdim ediləcək”
16:23 UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
16:20 Şamil Ayrım: PKK-nın özünü buraxdığını elan etməsi ilə Türkiyənin 50 illik terror bəlası sona çatdı
16:17 Azərbaycanda daha 68 nəqliyyat vasitəsi özəlləşdirilib
16:08 Azərbaycan və Özbəkistan metrologiya üzrə “Yol Xəritəsi” hazırlayacaq
16:05 Somali rəsmisi: “COP29-un nəticələri qlobal səyləri gücləndirəcək”
16:02 BTQ və Korsikanın müstəqilliyi üçün mübarizə aparan “Nazione” təşkilatı Əməkdaşlıq Memorandumu imzalayıblar
15:59 Baş prokuror Qobustanda vətəndaşları qəbul etdi – Fotolar
15:46 Nazir müavini: “Avropada enerji təhlükəsizliyinə töhfəmizi davam etdirəcəyik”
15:43 Şəxsi məlumatların ələ keçirilməsi üzrə şikayətlərə 24 saat ərzində baxılacaq
15:41 İranda müğənni barəsində çıxarılan edam hökmü ləğv edilib
15:38 İtaliyada 4,4 maqnitudalı zəlzələ olub
15:35 Cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan maddələrin dairəsi artır
15:26 Şərurlu İsfəndiyar məhkəməyə gəldi – Foto
15:22 Türkiyənin müdafiə naziri Fəxri və Şəhidlər xiyabanını, Türk şəhidliyi abidəsini ziyarət edib
15:20 Məşhur aktyor cinsi zorakılıqda təqsirli bilindi
15:14 “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” – Fotolar
15:11 Fələstinin normal həyata qayıtması üçün 15 il lazım olacaq

Əvvəlki xəbərlər

Facebook-da izləyin

İnəyini apara bilməyən Nisənin saldığı kənd… – Videoreportaj

Multimedia 28/04/2025 08:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Hələ aprelin əvvəlləri idi. Sosial şəbəkələrdə yayılan bir video diqqətimizi çəkdi. Üzərində bu sözlər yazılmışdı: “Bura İsveç deyil, Yardımlının Nisəqala kəndidir”.

Dağlarla əhatələnmiş, sıx meşəli, göy yaylaqlı bu kəndə elə videoya baxarkən aşiq olduq. Mütləq gedib kəndi görməli idik. Lakin yağmurlu hava şəraitinə görə səfərimizin vaxtı yubandı, bu günlərə təsadüf etdi. 

“Qafqazinfo” olaraq budəfəki yolumuz təkcə gözəl təbiəti ilə deyil, həm də qədimliyi ilə seçilən Nisəqala kəndinədir.

Bizi kəndə dağların ətəyi ilə burulan yollar aparır. Yolboyu çəmənlikləri sarı çiçəklər və lalələr bəzəyib. Kəndin kələ-kötür yolları ilə mərkəzinə doğru gedirik. Bura həm təbiətin gözəlliyi, həm də tarixlə bu günün birləşdiyi nadir yerlərdən biridir. Kənddə müasirliklə yanaşı, keçmişin izlərini daşıyan evlər, daş yollar və illərin toxunmadığı mənzərələr var. Sanki burada zaman bir az ləngiyib. İkigünlük səfərimizin ilk günündə kəndin ətrafında gəzdik, buranın sakinləri ilə həmsöhbət olub gündəlik həyatları ilə tanış olduq. 

249 evin yerləşdiyi Nisəqalada 1350 nəfər sakin yaşayır. Kənd ağsaqqallarından olan 70 yaşlı Şakir Sultanov bu kənddə doğulub-böyüyüb. Şakir baba deyir ki, kəndin yaranma tarixi 1700-1750-ci illərə təsadüf edir: “Kökü Milə kəndi olub. Ora Nisəqaladan təxminən 1 km aralıda yerləşir. Bir talanın içində olan həmin ərazidə hazırda yaşayan yoxdur, lakin orada qədim qəbirlər qalıb. Kəndin oradan buraya köçməsi isə Nisə adlı bir qadınla bağlı olub. Belə ki, həmin qadının inəyi bu kəndin ərazisində olan bulağın yanına gəlib qalırmış. Qadın nə qədər çalışsa da, inəyini apara bilmirmiş. Buna görə də məcbur olub özü də burada məskən salıb. Digər kənd sakinləri də onu tək qoymamaq üçün yanına köç ediblər. Milə kəndində qalan qəbiristanlıqdakı müqəddəs ocaq- VII İmam Museyi Kazım Əleyhisalamın nəvəsi Seyid bəy Musəvinin qəbri toxunulmazdır. İnsanlar ona inanır, hər hansı arzu-diləkləri olarsa, gedib niyyət edir, nəzir verirlər. Əfsanəyə görə, həmin ocaq ilanlar tərəfindən qorunur. Ora gedib nəsə gətirmək istəsən, ilanlar imkan verməz. Götürdüyün hər nədirsə, onu yerə qoymayana qədər dalınca gələrlər. Ona görə də heç kim oradan bir çöp belə gətirmir. Əksinə, nəzirlər aparırlar, qurbanlar kəsirlər”. 

Oxumağa dəyər:   Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb

Müsahibim deyir ki, bura gələn qonaqlar kəndi zəmanənin cənnəti adlandırırlar. Nisəqala kanyonu turistlərin ən çox üz tutduğu məkanlardandır.

59 yaşlı Şəhla İsgəndərova kəndin zəhmətkeş qadınlarındandır. Onun qapısını döyəndə elə çörək bişirməyə hazırlaşırdı. Burada hamı qış-yay demədən, öz evində təndirə çörək yapır. Kənd camaatı ruzi-bərəkətin bol olmasına səbəbi də elə bunda görür: “Təkcə toyda, yasda mağazadan çörək almağa ehtiyac olur. Qalan vaxt hamı özü bişirir. Unu da dəyirmanda üyüdürük. Kənddə hamı özü əkib-becərir. Ona görə də nəinki çörək, heç kartof-soğan və digər tərəvəzləri də mağazadan almırıq. Burada nə oğurluq olur, nə də başqa bir şey. İnsanlarımız qonaqpərvər, mehribandırlar. Kənd 5 tayfanın üzərində qurulub. Amma heç bir ayrı-seçkilik yoxdur. Hamı bir-biri ilə qohum olub. Kəndimizdə qızlar açıq-saçıq geyinməzlər. Burada böyüyün sözünə çox önəm verilir. Ata-ana nə desə, övlad onu dinləyər”.  

Şəhla xanımın 3 oğlu, bir qızı var. Övladları artıq ailə sahibidir və şəhərdə yaşayırlar. Eyni zamanda oğullarından biri – 28 yaşlı Hikmət Kərimli valideynləri ilə birlikdə Nisəqalada qalır. İllərdir kənd təsərrüfatı ilə məşğul olan kəndli, həm də bələdçilik edir. Adətən həftə sonları bu kəndə üz tutan turistləri 5 ildən çoxdur ki, Hikmət qarşılayır: “İllər öncə Qəbələ rayonuna səfər etmişdim. Orada məndən hansı rayondan olmağımı soruşdular. Buralar haqqında məlumat verəndə dedilər ki, belə bir yerin olduğunu bilmirlər. Bundan sonra gəlib instaqramda bir səhifə açdım və rayonumuzun, kəndimizin gözəlliklərini çəkərək yerləşdirdim. Bununla da kəndimiz tanınmağa başladı. İlk dəfə bura gələn turist isə Amerikadan olub. Deməli, səhifəmdə görüblər və gəlib soruşublar ki, Azərbaycanda belə bir yer var, ora getmək istəyirik. Turistlərə belə bir yerin olmadığı deyilib. Sonra elə səhifəmə yazdılar, gəldilər və aparıb onları gəzdirdim”.

Oxumağa dəyər:   Bakıda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Kəndin sakitliyini təbiətin səsi pozur. Torpağın qoxusu, quşların səsi və çayın şırıltısını şəhərdən gələn qonaqlar üçün əsl terapiya hesab etmək olar.

Hikmət bəy kəndə bu qədər qonağın gəlməsini sakinlər üçün çox faydalı hesab edir: “İlk zamanlar kənd camaatı qəribə qarşılayırdı. Onlar üçün bu tanış mənzərə deyildi. Lakin zamanla öyrəşdilər. Öz toyumda da turistlər iştirak etdilər. Bütün gün yeyib, rəqs etdilər. Bu onlara da, kənd camaatına da maraqlı idi. Bir turun gəlməsi ilə 8-10 ailəyə xeyir dəyir. Onlar adətən süd, qatıq, pendir, yağ, yumurta, kartof, soğan və evdə hazırlanan kompotlar alırlar”. 

Artıq 10 ildir ki, arıçılıqla məşğul olan 72 yaşlı Mübariz Şahbazov isə ailə büdcəsinə kömək üçün arı saxlayır: “Əgər kənddə yaşayırsansa, mütləq təsərrüfatın olmalıdır. Həm əkinlə, həm də maldarlıqla məşğul olmalısan. Bu gün kəndə gələn qonağı üzüağ qarşılaya bilirik. Bizim kənddə hamı hər işlə məşğul olur, hər şey əkir-becərir. İl olur ki, havalar şaxtalı keçir və bağ məhsulu yaxşı olmur. Bu zaman maldarlıqdan qazanc əldə edirik”. 

Oxumağa dəyər:   Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib

Kəndlilərin ən çox əziyyət çəkdiyi məqam isə kənd yollarının bərbad halda olmasıdır. Yağış, qar yağanda yarı yolda qalırlar. Elə kəndə gələn qonaqlar da bu məsələdə çətinliklə üzləşirlər. 

Yardımlının Nisəqala kəndinə olan səfərimizin ikinci günündə sübhdən qalxıb kəndi qarış-qarış gəzdik, yeni insanlarla tanış olduq. Həmsöhbət olduğumuz 85 yaşlı Muğanqız nənənin danışdıqları, keçmişə dair xatirələri, səsi və baxışları sanki bir dövrün aynası idi: “Keçmişdə adətlər başqa idi. Amma indiki zaman daha yaxşıdır, bolluqdur. Qızlar oxuyur, təhsil alır. Mən həmişə deyirəm, kimin qız uşağı varsa, mütləq oxutsun. Qız özü öz çörəyini çıxarsın, heç kimə minnətkar olmasın”. 

Əvvəllər bu kənddə qızlar təhsillərini davam etdirə bilmirmişlər. Lakin son 5 ildə bu yöndə də inkişaf var. Belə ki, artıq qızlar da yüksək nəticə göstərərək universitetə qəbul olur və təhsil almaq üçün Bakıya üz tuturlar. Bu da digər məktəblilərin yoluna sanki mayak olur. Kənddə yerləşən Əmin Hacıyev adına Nisəqala kənd tam orta ümumtəhsil məktəbində uşaqların təhsilə olan marağı, müəllimlərin əzmi bizi ümidləndirir.

191 şagirdin təhsil aldığı bu məktəb 2008-ci ildən fəaliyyət göstərir. Kənd sakinləri düşünür ki, qızların məktəbi bitirən kimi evlilik deyil, təhsil, iş düşünməsinə kömək edən amillərdən biri də məhz bura gələn turistlərdir. Xüsusilə qadın turistlərin kəndə səfəri həm valideynlər, həm də gənc qızlar üçün bir stimuldur. 

Nisəqala bu gün qədim küçələri, sadə insanları ilə ziyarətçilərini qarşılayır. Vaxt elə bil burada başqa cür axır. Sanki dünya bir anlıq dayanır və hər şeyin əslində nə qədər sadə, nə qədər gözəl olduğunu xatırladır.

Lamiyə Məmmədova 

Foto-Video: Xəyal Vəlizadə

















İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO

Multimedia 11/05/2025 15:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan məhəlləsi”nin baş planı üzrə 1 213 evin inşası sona çatıb.

“Haber Global” telekanalının əməkdaşı sözgedən şəhərdə olub.

Bildirilir ki, tikinti işləri TOKİ və MİDA-nın rəhbərliyi ilə həyata keçirilib. Zəlzələdən sonra dağılan evlər müasir şəhərsalma yanaşması ilə yenidən qurulur.

Layihəyə 1 213 ev, 1 318 mağaza və 464 ofis daxildir.

Məhəllədə Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçası da var.

Telekanalın əməkdaşı evlərin öz sahiblərinə iyunun sonunda təhvil veriləcəyini və açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyini bildirib.

Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla, Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video

Multimedia 11/05/2025 12:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.

“Qafqazinfo”nun məlumata görə, Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.

Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video

Multimedia 11/05/2025 10:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Abşeron rayonu, Məmmədli kəndi ərazisində 1995-ci il təvəllüdlü Musayev Ceyhun İman oğlu avtomobil təmiri zamanı əlinin şüşəsilənin mühərrikində sıxılıb qalması nəticəsində köməksiz vəziyyətdə qalıb.

Bu FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə C.Musayevin sıxılı vəziyyətdə qalmış əli mühərrikdən çıxarılaraq vətəndaşın xilas edilməsi təmin edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentin bugünkü çıxışının – Videosu

Multimedia 10/05/2025 23:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

Dövlət başçısı tədbirdə çıxış edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır – Video

Multimedia 10/05/2025 11:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Ögey ana” və “Fəryad” filmlərinin baş qəhrəmanına həyat verən mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Rusiya paytaxtında küçədə yaşayır.

Bu barədə “Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev bildirib.

Onun sözlərinə görə, aktyorun yeganə övladı uzun müddət öncə Azərbaycandan gedib: “Niyə görə gedib? Küsüb gedib? Nə baş verib? Ev-eşiyi olan adam niyə bu vəziyyətdədir və nə üçün qaçır? Orada yaşayan həmyerlilərimiz ona kömək etmək istəsələr də, qəbul etmir, gizlənir, tez-tez yerini dəyişir. O, məşhur aktyor Ceyhun Mirzəyevin yeganə qızıdır. Cəmalə Ceyhun qızı Mirzəyeva …”

Xatırladaq ki, Ceyhun Mirzəyevin çəkdiyi və aktyor kimi çəkildiyi son film “Fəryad” olub. O, 47 yaşının tamamına az qalmış – 1993-cü il martın 5-də vəfat edib.

Aktyorun həyat yoldaşı Lidiya Mirzəyeva isə 2015-ci ildə dünyasını dəyişib.

Daha ətraflı videomaterialda: 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Polis Akademiyasının kursantlarından fləşmob – Video

Multimedia 10/05/2025 09:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

DİN-in Polis Akademiyasının kursantları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan fləşmob keçiriblər.

Fləşmobda “Tarix yazan lider, tarix yazan imza” və “Əbədi yaşa, Ümummilli Liderimiz” kompozisiyaları nümayiş olunub.

Fləşmob videosunu təqdim edirik:






İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentlə xanımından səmimi – Görüntülər – VİDEO

Multimedia 09/05/2025 21:55
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verilib.

Səfər zamanı lentə alınan kadrlarda Prezidentlə xanımının səmimi görüntüləri də yer alıb.

Görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO

Multimedia 09/05/2025 20:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” (“Anatolian Phoenix – 2025”) beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri qardaş ölkə Türkiyəyə yola düşüb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müxtəlif ölkələrin hərbçilərinin cəlb olunduğu beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri təmsil edəcək.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub – VİDEO

Multimedia 09/05/2025 19:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin Milli Təhlükəsizlik və Müharibə kursunun rəhbər və dinləyicilərindən ibarət nümayəndə heyəti tədris gəzintisi çərçivəsində Azərbaycanın Milli Müdafiə Universitetinə səfər edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, səfər zamanı nümayəndə heyətinə universitetin fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı ətraflı məlumat verilib, təqdimatlar nümayiş olunub. Həmçinin, iki ölkənin hərbi təhsil müəssisələri arasında mövcud əməkdaşlıq əlaqələri və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən Milli Müdafiə Universiteti rektorunun elm üzrə müavini – Hərbi elmi tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov Pakistan nümayəndə heyətini salamlayaraq, Azərbaycan ilə Pakistan arasında möhkəm dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. O, bu əlaqələrin hərbi təhsil sahəsində də dərinləşməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Milli Müdafiə Universitetinin tabeliyində yaxın gələcəkdə yaradılması planlaşdırılan yeni təhsil müəssisələri barədə danışıqlar aparılıb.
Səfərin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi – Video+Fotolar

Multimedia 09/05/2025 13:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasından 102 il ötür. 

Bu münasibətlə Daxili İşlər Nazirliyinin əməkdaşları Fəxri xiyabanda müstəqil dövlətimizin memarı, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Avtobusun rənginə görə biz əziyyət çəkirik” – Video

Multimedia 08/05/2025 17:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Nə qədər insan saatlarla dayanacaqda avtobus gözləyir. 105 saylı avtobus xətti vətəndaşlara çətinliklər yaradır”. 

Bu şikayətlə “Qafqazinfo”ya bir qrup Balaxanı sakini müraciət edib. 

Sərnişinlərin sözlərinə görə, 8-ci kilometr bazarından Balaxanı qəsəbəsi istiqamətində hərəkət edən həmin xəttin avtobusları yararsız vəziyyətdə olduğundan xidmət göstərə bilmirlər: “Nəticədə biz insanlar əziyyət çəkirik, uşaqları məktəbə belə aparmaq olmur. Yığılıb saatlarla avtobus gözləyirik. Əvvəlki marşrutlarda belə problem yox idi, interval da normal idi. Ancaq bu yenitipli avtobuslar problemlidir. Taksidən istifadə etməyə ehtiyac yaranır. Bunu da hər dəfə çatdırmaq olmaz”. 

Vətəndaşlar, həmçinin iddia edir ki, bu avtobusların sənəd problemləri də var: “Uzun müddət gözlədik, 2 saat sonra avtobus gəldi. Bu zaman isə DYP əməkdaşları tərəfindən saxlanıldı. Bizim bildiyimizə görə, buna səbəb avtobusun sənədlərində problemin olmasıdır. Avtobusun rəngi ilə bağlı problem yaranıb. Belə ki, onların rəngi sənəddə ağ qeyd olunsa da, qırmızıdır. Bunun əziyyətini biz çəkirik, başqa heç bir məlumata sahib deyilik. İstəyirik ki, hər gün vaxtında işimizə çataq. Qiymətlərlə bağlı da problem var. Kartımızdan bir dəfə 55, bir dəfə 60, bir dəfə də 80 qəpik çıxır. Nə qiymətləri tənzimləyirlər, nə də vaxtında vətəndaşa xidmət göstərirlər. Bundan öncəki daşıyıcı şirkətdən razı idik”.

Oxumağa dəyər:   Tramp Hindistan və Pakistana münaqişənin həllində kömək edəcəyini bildirib

Məsələ ilə bağlı Azərbaycan Yolüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab isə belə oldu: “105 saylı marşrut xətti üzrə avtobusların bir neçəsi texniki qeydiyyat şəhadətnamələrində xırda uyğunsuzluq səbəbindən xəttdən kənarlaşdırılıb. Hazırda həmin avtobuslar xəttə qaytarılaraq fasiləsiz sərnişindaşıma fəaliyyəti təmin edilib”. 

Sakinlərin saytımıza göndərdiyi videodan da aydın olur ki, sərnişin sıxlığı səbəbindən avtobus qapısı açıq şəkildə hərəkət edir və bu da kifayət qədər təhlükəli vəziyyət yaradır:

Fidan Etibar

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhid bulağını kim dağıtmaq istəyib? – Rəsmi cavab – VİDEO

Multimedia 08/05/2025 11:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Suraxanı rayonunda şəhid bulağına bir neçə şəxs tərəfindən müdaxilə edilməsi ilə bağlı görüntülər yayılıb.  

Bu barədə “Kanal 21” səhifəsi paylaşım edib.

Mənbədə qeyd olunub ki, adıçəkilən ərazidəki şəhid bulağı gecə saatlarında bir neçə şəxs tərəfindən dağıdılıb. Videoda həmin şəxslərin ilk olaraq bulağın işığını söndürməsi öz əksini tapıb. Bildirilib ki, həmin şəxslər bunu kameradan kimlikləri bəlli olmasın deyə ediblər.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində Şəhid Elmaz Hacıyevin adına artıq mövcud olan bulaq-abidə kompleksinə baxmayaraq, şəhidin anası Səxavət Hacıyeva və qardaşı tərəfindən həmin kompleksin bilavasitə yaxınlığında yeni bulaq-abidə kompleksinin inşası işləri həyata keçirilir.

Qeyd olunan tikinti ilə bağlı müvafiq qurumlara müraciət olunması üçün şəhid ailəsinə Rayon İcra Hakimiyyəti tərəfindən tövsiyələr verilsə də, göstərilən tapşırıqlara əməl olunmadan tikinti işləri davam etdirilib. Eyni zamanda, bulaq tikintisinin aparıldığı ərazinin ona məxsus olduğunu iddia edən vətəndaş Arzuman Şalı oğlu Əliyev tərəfindən müvafiq torpaq sahəsində aparılan tikinti işlərinin dayandırılması barədə Rayon İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət olunub. 

Oxumağa dəyər:   ABŞ prezidenti Yaxın Şərq turuna çıxır

Tikinti prosesi zamanı tərəflər arasında narazılıq yaranıb, ilkin ehtimallara əsasən, ərazidə qeydə alınan söküntü işləri torpaq mülkiyyəti iddiası irəli sürən vətəndaş tərəfindən həyata keçirilib. Əlavə olaraq məlumat üçün bildiririk ki, şəhid bulağının qarşı tərəfində, şəhid ailəsi tərəfindən müvafiq razılıq və icazələr olmadan qanunsuz inşa edilərək hal-hazırda fəaliyyət göstərən qeyri-yaşayış təyinatlı obyekt mövcuddur”.

Qeyd edək ki, şəhid Elmaz Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşıb, noyabrın 4-də şəhid olub. Prezident Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” medalı, “Laçının azad olunmasına görə” medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Sözügedən görüntüləri təqdim edirik: 

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Hacıqabulda suçəkmə işləri davam etdirilir – Video+Fotolar+

Multimedia 07/05/2025 18:28
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

FHN intensiv yağışlarla əlaqədar Hacıqabul rayonunda bəzi ərazilərin subasmaya məruz qalması ilə bağlı məlumat yayıb.

Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, məlumatlarla əlaqədar dərhal qurumun Muğan Regional Mərkəzinin qüvvələri ərazilərə cəlb olunub.

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.

Bundan əlavə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən rayonun Qarasu kəndi yaxınlığında ferma ərazisində köməksiz vəziyyətdə qalmış 2 nəfər təxliyə edilib.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Hacıqabul rayonunda intensiv yağışlarla əlaqədar subasmaya məruz qalmış ərazilərdə zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Hazırda FHN-in Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən Hacıqabul şəhəri, rayonun Muğan qəsəbəsi və Şorbaçı kəndində su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib – VİDEO

Hadisə 07/05/2025 17:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 7-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 215 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 16 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı – Video

Multimedia 07/05/2025 16:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Dünən Hacıqabul rayonu ərazisində baş vermiş sel zamanı suya düşən şəxs son anda xilas edilib.

Hadisəyə aid görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, rayonun Paşalı kəndi yaxınlığında dağlıq ərazidən gələn sel yolu keçilməz edib. Bu zaman velosipedlə hərəkət edən vətəndaş seli keçərək əks tərəfə doğru irəliləmək istəyib. Lakin güclü axan su onu aparıb. Ərazidə xidmət aparan polis əməkdaşı velosipedlə birgə selin apardığı şəxsi görərək suya atılıb və onu sahilə çıxarmağa müvəffəq olub.

Həyatını riskə ataraq vətəndaşı xilas edən polis əməkdaşının Hacıqabul RPŞ-nin əməkdaşı polis serjantı Yunis Muradbəyli olması məlum olub.

Həmin anları əks etdirən görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Helikopterə minməyin…” – Rəisinin anasından Pezeşkiana – VİDEO

Multimedia 07/05/2025 14:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İran Prezidenti Məsud Pezeşkian Məşhədə səfəri zamanı sələfi, mərhum İbrahim Rəisinin anasını ziyarət edib.

Bu barədə İran KİV məlumat yayıb.

Məlumata görə, görüş zamanı Rəisinin anası Pezeşkiana xitabən “helikopterə minməyin”, – deyə bildirib.

Xatırladaq ki, İranın mərhum Prezidenti İbrahim Rəisi 2024-cü il mayın 19-da Şərqi Azərbaycan əyalətində helikopter qəzasında həlak olub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 11/05/2025 15:50

“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO

Read more
Multimedia 11/05/2025 12:38

Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video

Read more
Multimedia 11/05/2025 10:35

Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video

Read more
Multimedia 10/05/2025 23:17

Prezidentin bugünkü çıxışının – Videosu

Read more
Multimedia 10/05/2025 11:59

Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır – Video

Read more
Multimedia 10/05/2025 09:38

Polis Akademiyasının kursantlarından fləşmob – Video

Read more
Multimedia 09/05/2025 21:55

Prezidentlə xanımından səmimi – Görüntülər – VİDEO

Read more
Multimedia 09/05/2025 20:26

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO

Read more
Multimedia 09/05/2025 19:38

Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub – VİDEO

Read more
Multimedia 09/05/2025 13:35

DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi – Video+Fotolar

Read more
Multimedia 08/05/2025 17:47

“Avtobusun rənginə görə biz əziyyət çəkirik” – Video

Read more
Multimedia 08/05/2025 11:38

Şəhid bulağını kim dağıtmaq istəyib? – Rəsmi cavab – VİDEO

Read more
Multimedia 07/05/2025 18:28

Hacıqabulda suçəkmə işləri davam etdirilir – Video+Fotolar+

Read more
Hadisə 07/05/2025 17:38

Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib – VİDEO

Read more
Multimedia 07/05/2025 16:44

Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı – Video

Read more
Multimedia 07/05/2025 14:47

“Helikopterə minməyin…” – Rəisinin anasından Pezeşkiana – VİDEO

Read more
Multimedia 07/05/2025 12:56

Azyaşlıya əxlaqsız hərəkətlər etmiş Hacı Salmana – Hökm oxundu – VİDEO

Read more
Multimedia 07/05/2025 11:59

FHN mülki müdafiə məşqi keçirdi – Video

Read more
Hadisə 07/05/2025 11:18

Sabirabadda 1000 kv metrə yaxın müxtəlif təyinatlı obyektdə yanğın olub – VİDEO

Read more
Multimedia 06/05/2025 23:59

Arzusu vəkil olmaq imiş… – Video

Read more
Multimedia 06/05/2025 21:38

Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü – Video

Read more
Multimedia 06/05/2025 15:29

Müvəqqəti açılan körpüdə təhlükəli vəziyyət – Video

Read more
Multimedia 06/05/2025 14:08

Leyla Əliyevanın şir balası ilə maraqlı – Görüntüləri – VİDEO

Read more
Multimedia 06/05/2025 10:53

Tovuzda maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı – Video

Read more
Multimedia 06/05/2025 09:58

Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş – Video

Read more
Multimedia 06/05/2025 09:29

“Şəhidlər ölməz, vətən bölünməz” – Hərbçilərimiz Moskva küçələrində-Video

Read more
Multimedia 05/05/2025 23:35

Rusiyaya getmək çətinləşir – İyunun 30-dan kod alınmalıdır+Video

Read more
Multimedia 05/05/2025 21:53

Bu evlər təhlükə altındadır – Video

Read more
Multimedia 05/05/2025 15:44

Səsboğuculara müdaxilə edən moped və motosiklet sürücüləri saxlanıldı – Foto – VİDEO

Read more
Multimedia 05/05/2025 14:17

“Ulu Vətən” ifası ilə bütün zalı ayağa qaldırdı – VİDEO

Read more
Multimedia 05/05/2025 13:11

FHN Ucar RMX-də təlim keçirdi – Video

Read more
Multimedia 05/05/2025 12:59

“Hamınızın dədəsini yandıracaqlar…” – Video

Read more
Multimedia 05/05/2025 11:08

Azərbaycan dəniz piyadaları təlim keçirdi – VİDEO

Read more
Multimedia 02/05/2025 17:25

Xəzər dənizinin Azərbaycana mənsub bölməsində əməliyyat – Ölən və yaralanan var – VİDEO

Read more
Multimedia 02/05/2025 13:26

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirilib – VİDEO

Read more
Multimedia 02/05/2025 12:05

“AzInTelecom” və “G-Core” şirkəti “AzInCloud” platformasını təqdim etdi – Fotolar – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2025 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla