İndoneziyanın Sulavesi adasında baş verən zəlzələdə ölənlərin sayı 56 nəfərə çatıb.

Bu barədə Milli Fəlakətləri İdarəetmə Qurumu (BNPB) bildirib.

Təbii hadisə zamanı daha 826 nəfər xəsarət alıb.

Bundan əvvəl 46 nəfərin öldüyü, 637 nəfərin də xəsarət aldığı bildirilmişdi. Qərbi Sulavesi əyalətində fövqəladə vəziyyət elan olunub.

Regionda yeraltı təkanlar davam edir.

İstinadlar Report