İndoneziyada baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində azı 3 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Detik” portalı ölkənin Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, zəlzələ zamanı həmçinin 24 nəfər xəsarət alıb. Təbii hadisə ilə əlaqədar təxminən 2 000 nəfər evlərini tərk etməyə məcbur olub.

Avropa-Aralıq dənizi Seysmoloji mərkəzi bildirib ki, zəlzələnin episentri Pare-Pare şəhərindən 139 kilometr şimal-qərbdə, zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.

İstinadlar Report