
İndoneziyada 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 318-ə çatıb.
Bu barədə təbii fəlakətlərə qarşı Milli Agentlik məlumat yayıb.
Bundan əvvəl 310 nəfərin öldüyü bildirilirdi. Məlumata görə, o vaxtdan indiyədək daha səkkiz nəfərin meyiti tapılıb, 14 nəfər itkin düşüb.