İndoneziyanın Şərqi Yava əyalətində Semeru püskürməsi nəticəsində ölənlərin sayı 34-ə çatıb.

Bu barədə İndoneziyanın Milli Fəlakətlərin İdarə Olunması Agentliyi məlumat yayıb.

Məlumata görə, vulkan bölgəsində daha 12 nəfərin meyiti tapılıb. İtkin düşən 17 nəfərin axtarışları davam etdirilir.

Vulkan püskürməsindən zərər çəkən 169 nəfər xəstəxanalarda müalicə alır.

İstinadlar Report