İndoneziyanın Sumatra adasında vulkan püskürməsi nəticəsində 11 nəfər ölüb, 12 nəfər itkin düşüb.

Marapi vulkanı dünən, dekabrın 3-də püskürüb. Vulkan 3 min metrdən çox hündürlüyə kül atıb.Vulkan tullantıları yaxınlıqdakı kəndlərə düşüb. Ölənlər vulkanın kraterinin yaxınlığında tapılıb. Ümumilikdə, püskürmə başlayanda vulkanın yaxınlığında 26 nəfər olub. Daha 49 nəfər vulkandan təkbaşına enib, onlardan bəziləri də xəstəxanaya aparılıb. Onlardan ən azı səkkizi yanıq xəsarəti alıb, bir nəfər sınıq, digəri isə kəllə-beyin travması alıb.

İstinadlar Report