
İndoneziyanın Yava adasında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
Mərkəzi Yava əyalətinin Pekalonqan şəhəri yaxınlığında təbii fəlakət çərşənbə axşamı güclü yağışlar nəticəsində baş verib. Xilasedicilər davam edən leysan və duman səbəbindən axtarışları dayandırmağa məcbur olublar.