İndoneziyanın Qərbi Papua əyalətində İndoneziyanın “Susi Air” təyyarəsinin yeni zelandiyalı pilotu və onun 5 sərnişini silahlılar tərəfindən girov götürülüb.

Bu barədə Yeni Zelandiyanın Baş naziri Kris Hipkins məlumat verib.

O, hökumətin vəziyyətdən xəbərdar olduğunu və Yeni Zelandiyanın İndoneziyadakı səfirlik əməkdaşlarının mövcud vəziyyətlə bağlı müvafiq işlər gördüyünü söyləyib.

Yeni Zelandiya Xarici İşlər Nazirliyi pilotun ailəsinə konsulluq dəstəyinin göstərildiyini bildirib, lakin məxfilik qanunlarına istinad edərək əlavə şərh verməkdən imtina edib.

İstinadlar Report