İndoneziya hökuməti ölkədə müvəqqəti olaraq sosial şəbəkələrdə fotoşəkillərə və videoçarxlara baxışı məhdudlaşdırıb.

Bu addım paytaxt Cakartada ümumi seçkilərin nəticələri elan olunduqdan sonra başlanan kütləvi iğtişaşlar fonunda atılıb.

İndoneziyanın siyasi, hüquqi və təhlükəsizlik işləri naziri Viranto bildirib ki, bu qərarı yalan xəbərlərin və qıcıqlandırıcı mesajların yayılmasının qarşısını almaq məqsədilə veriblər.

Nazir bu məhdudlaşdırmanın müvəqqəti olduğunu vurğulayıb, dəqiq zaman müddət söyləməyib.

Qeyd edək ki, İndoneziyada keçirilmiş ümumi seçkilərin nəticələrinin elan olunmasından sonra müxalifətin etirazları səbəbilə saxlanılanların sayı 58 nəfərə çatıb.

İstinadlar Report