İndoneziyada bu il aprelin 17-də keçirilmiş ümumi seçkilərin rəsmi nəticələri elan olunandan sonra paytaxt Cakartada başlayan kütləvi nümayişlər və iğtişaşlar zamanı saxlanılanların sayı 58-ə çatıb.

Milli polis sözçüsü Məhəmməd İqbal saxlanılanların iğtişaşlara təhrikçilikdə şübhəli olduqlarını bildirib.

Onun sözlərinə görə, ötən gün və bu gün Seçki Komissiyası binasının qarşısındakı toqquşmalar əvvəlcədən hazırlanıb: “İğtişaşlarda iştirak edənlərin əksəriyyətinin başqa şəhərlərdən gətirildiyi və pul aldıqlarına dair əlimizdə dəlilər var”.

Bundan əvvəl Cakartada polislə nümayişçilər arasındakı toqquşmalarda 6 nəfərin həlak olduğu bildirilmişdi.

Qeyd edək ki, 17 aprel ümumi seçkilər zamanı ölkə tarixində ilk dəfə prezident, vitse-prezident, Xalq Məşvərət Asambleyası və yerli idarəçilik orqanları üzvləri eyni gündə seçiliblər.