İndoneziya ordusuna məxsus “Mi-17” helikopteri Mərkəzi Yava əyalətində qəzaya uğrayıb.

Bu barədə “Jakarta Globe” məlumat yayıb.

Qeyd olunub ki, qəza nəticəsində göyərtədə olan dörd nəfər ölüb, beş nəfər yaralanıb.

Hadisə yerli vaxtla 13:40-da (Bakı vaxtı ilə 10:40) Kendal şəhərindəki sənaye kompleksinin yaxınlığında baş verib.

Ordu sözçüsü Nefra Firdausun sözlərinə görə, helikopter bir gündə ikinci təlim uçuşunu reallaşdırıb. Faktla bağlı araşdırma aparılır.

Bütün yaralılar yerli xəstəxanaya aparılıblar.Onlar ağır yanıq xəsarətləri alıblar.

İstinadlar Report