
İndoneziya ABŞ-nin ölkə mallarına tətbiq etdiyi 32 % idxal rüsumları ilə bağlı Vaşinqtonla yaranmış fikir ayrılıqlarını 60 gün ərzində həll etməyi planlaşdırır.
Bu barədə İndoneziyanın iqtisadiyyat məsələləri üzrə əlaqələndirici naziri Airlanqqa Hartarto bildirib.
“Biz 60 gün ərzində bu razılaşmaların iki ölkə arasında bağlanan sazişlərdə öz əksini tapacağına ümid edirik”, – o qeyd edib.
Nazirin sözlərinə görə, hökumət ABŞ administrasiyasının nümayəndələri ilə “fəal şəkildə dialoq qurur”.