Ölkə üzrə tədrisə başlanılan tarixdən indiyədək 4 432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya keçirilib.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib. 

Hazırda 433 sinif distant formada tədrisə davam edir.

İstinadlar Qafqazinfo