“Ermənistan hakimiyyət dəyişikliyinə ehtiyac duyur, hazırkı rəhbərlik zəifdir və asanlıqla  Azərbaycanın təsiri altına düşür”.

Bu sözləri Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan məhkəmə binası qarşısında jurnalistlərə açıqlama verərkən deyib.

Onun sözlərinə görə, Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Moskva görüşü erməni tərəfi üçün ən vacib problemi – əsirlərin geri qaytarılması məsələsini həll etməyib.

Ohanyan, “Bu hökumət getməlidir və mən bunu kefimdən demirəm. Onlar zəifdirlər. İndiki şərtlərdə güclü bir hökumətə ehtiyacımız var”, – deyə sözlərinə əlavə edib.

Onun fikrincə, bir çox Ermənistan vətəndaşı kommunikasiya əlaqələrinin blokdan çıxarılması ilə bağlı artıq dərəcədə sevinclidirlər.

“Bu yolların açılması ancaq Azərbaycanla sülh müqaviləsi imzalandıqda daha effektiv olardı. Lakin Türkiyə ilə Azərbaycanın birlikdə koordinasiyalı fəaliyyəti nəticəsində qələbəsini nəzərə alsaq, yolların açılması bu birlikdə hərəkətin iqtisadi və demoqrafik genişlənməsinə gətirib çıxaracaq”,- deyə Ohanyan qeyd edib.

İstinadlar Qafqazinfo