Android üçün “YouTube Music” tətbiqi yeni funksiyasını təqdim edib. 

Indi tətbiqdə “Shazam” xüsusiyyəti var.

Tətbiqin yuxarı sağ küncündə axtarış düyməsini kliklədiyiniz zaman görünən mikrofon işarəsi ilə bu üsul əlçatan olacaq.

Qeyd edək ki, oxşar funksiya bir neçə ildir ki, “Google Assistant”da mövcuddur. O, həm iOS, həm də Androiddə “Google” tətbiqində, eləcə də “Google Assistant”ın özündə mövcuddur.

Funksiyanı aktivləşdirmək üçün “Ok Google, bu mahnı nədir?” əmrindən istifadə etməli və sonra bir neçə saniyə melodiyanı zümzümə etməlisiniz.

İstinadlar Qafqazinfo