“Ümid edirik ki, Ermənistanın təxribatları müharibəyə çevrilməz”. 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib. 

“İnanırıq ki, növbəti proses danışıqlar yolu ilə gedəcək. Sülh müqaviləsi hərtərəfli razılaşmadır. Türkiyənin rolu göz qabağındadır, biz bu prosesdə hər zaman Azərbaycanın yanında olacağıq. Sülh və sabitliyin davam etməsini arzu edirik. Biz Azərbaycanın yanında olmuşuq və bundan sonra da olacağıq. Ermənistanla da əlaqəmiz davam edir. Tez nəticəyə gətirib çıxaracaq addımlar atmaq istəyirik. Prezidentimiz Paşinyanla Praqada görüşə bilər. Düşünürük ki, Prezidentimizin görüşü öz töhfəsini verəcək. İnanırıq ki, erməni diasporu da sülh prosesinə töhfə verəcək”.

 

 

İstinadlar Qafqazinfo