Kənd təsərrüfatı naziri İnam Kərimov mayın 18-də, saat 11:00-da Yevlax rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Goranboy, Yevlax, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək.  

Görüşdə iştirak etmək istəyənlər Yevlax  Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-435-06-06) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

 

İstinadlar Qafqazinfo