
Dekabrrın 1-də, saat 09:00-da kənd təsərrüfatı naziri İnam Kərimov Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbulda iştirak etmək istəyənlər Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-287-12-12) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.