“Biz dünyada baş verən iqtisadi və ekoloji, o cümlədən iqlim dəyişikliyi ilə bağlı proseslər qarşısındayıq. Bu proseslərlə bağlı daim yeni çağırışlar yaranır. Ona görə də bu çağırışlara uyğun olaraq müasir, yeni innovativ aqrobiznes mühitini daim qoruyub saxlamaq lazımdır”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən “Aqrobiznes: yeni imkanlar və müasir çağırışlar” mövzusunda ictimai müzakirədə kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

İstinadlar Report