BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 42-ci sessiyası davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumta görə, hər iki ildən bir keçirilən beynəlxalq tədbir bu il ilk dəfə olaraq onlayn formatda baş tutub. FAO-nun 42-ci sessiyasının açılış mərasiminə dünyanın müxtəlif ölkələrindən 119 nazir və nazir müavini olmaqla rekord sayda – 1300 nəfərdən çox iştirakçı qatılıb.

“Qida və kənd təsərrüfatının mövcud vəziyyəti: kənd təsərrüfatı sisteminin qida sisteminə çevrilməsi: Strategiyadan fəaliyyətə” adı altında keçirilən iclas İtaliya Prezidenti Sergio Mattarella və Roma Papası Fransiskin tədbir iştirakçılarına müraciəti ilə başlayıb. Müraciətlərdə COVID-19 pandemiyasının aqrar istehsal sistemlərinə təsirinə toxunulub, ərzaq təhlükəsizliyinin və yeni çağırışlara uyğun dayanıqlı inkişafın təmin edilməsinin vacibliyi vurğulanıb. 

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə sıx əməkdaşlıq şəraitində COVİD-19 pandemiyasına qarşı qlobal mübarizə tədbirlərinə fəal şəkildə töhfə verir. 

Konfransda iqlim dəyişikliyi, ətraf mühti qorunmaqla məhsuldarlığın artırılması, keyfiyyətli qida istehsalı, qlobal əməkdaşlıq çərçivəsində fundamental transformasiya yolu ilə dayanıqlı kənd təsərrüdatı sisteminin qurulması əsas müzakirə mövzularından olub. 

 



İstinadlar Qafqazinfo