Bu gün kənd təsərrüfatı naziri İnam Kərimov Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Balakən, Zaqatala və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, əvvəlcə nazir inzibati binada yaradılmış şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 43 nəfərin müraciətinə baxılıb. Onlar əsasən subsidiya ödənişi, fermerlərə güzəştli şərtlərlə kredit verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı müraciət edib. Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün tapşırıqlar verib. Müraciətlərin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Nazir dövlət başçısının kənd təsərrüfatının inkişafına dair imzaladığı sərəncamların aqrar istehsalçıların rifahının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

İstinadlar Report