Kənd təsərrüfatı naziri İnam Kərimov “ASAN Xidmət”in daha üç əməkdaşını nazirlikdə vəzifəyə gətirib.

Nazirin müvafiq əmri ilə Sarvan Elxan oğlu Cəfərov nazirin köməkçisi vəzifəsinə təyin olunub:

“Sarvan Cəfərov “ASAN Xidmət”də də sədrin köməkçisi vəzifəsində çalışırdı. Nazirin digər əmrilə Aqil Quliyev nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri təyin edilib. Aqil Quliyev buna qədər “ASAN Xidmət”də Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri idi”.

Onlardan başqa, İlhamə Qədimova nazirliyin Hüquq şöbəsinin müdiri təyin olunub. O, daha öncə “ASAN Xidmət”də Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.

İstinadlar modern-az, Qafqazinfo