Ağdamda 17 yaşlı yeniyetmə intihar edib.

Hadisə rayonun Orta Qərvənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Məmmədov Şəfayət Elmin oğlu yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar edib. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə, 11-ci sinif şagirdinin intiharına buraxılış imtahanından az bal yığması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli

İstinadlar Qafqazinfo