“İmtahanlarda sual kitabçalarını qaytarmayan şəxs bilməlidir ki, nəticəsi ləğv oluna bilər”.

Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2022-ci ildə olan imtahanlarla əlaqədar keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əvvəllər abituriyentlərə imkan verilirdi ki, kitabçaları özləri ilə aparsınlar: “Əvvəllər imtahandan sonra sual kitabçalarını abituriyentlərə verirdik. Biz şəffaflığı artırmaq üçün bu addımı atırdıq. Lakin dərk edirdik ki, elmiliyi şəffaflığa qurban veririk. Hazırda bu kitabçalar abituriyentlərə verilmir, onlar imtahandan çıxanda həmin kitabçaları qaytarmalıdırlar. Qaytarmayan şəxs bilməlidir ki, onun nəticəsi ləğv oluna bilər”.

Gülnar Əliyeva