
Pakistanın keçmiş Baş naziri İmran Xan korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edilib.
Bu barədə ölkənin yerli mediası məlumat yayıb.
Korrupsiya ittihamının məbləği 240 milyon dollar təşkil edir. Pakistan məhkəməsi keçmiş Baş nazir İmran Xan və onun həyat yoldaşı Buşra Bibini müvafiq olaraq 14 və 7 il müddətinə azadlıqdan məhrum edib.