Son vaxtlar İmişli şəhərinin küçə və məhəllələrində artıq ənənə halını almış yenidənqurma işləri ətraf ərazinin estetik görünüşünün xeyli dərəcədə yaxşılaşmasına səbəb olub.

Görülən işlərin davamı olaraq İmişli şəhərinin A.Ələsgər küçəsi boyu piyada səkilərində aparılan genişmiqyaslı yenidənqurma işləri artıq başa çatdırılıb.

Əvvəllər küçə boyu piyadalar üçün nəzərdə tutulan yolun hərəkət hissəsi yararsız olduğu üçün sakinlərin gediş-gəlişində çətinliklər yaranırdı. Artıq bu problem öz müsbət həllini tapıb. Ərazidə ümumi uzunluğu 2100 metr olan səkilərə piyadaların sərbəst hərəkəti üçün yeni səki daşları və müasir döşəmə plitələri qoyulub, həmçinin layihə üzrə normativlərə uyğun əlil arabaları üçün panduslar düzəldilib.

Görülən işlər sakinlər tərəfindən razılıqla qarşılanıb və ətraf ərazinin estetik görünüşünün yaxşılaşması ilə yanaşı, həm də rayona gələn qonaqların rahatlığını təmin edib.

Qeyd edək ki, yenidənqurma işləri hazırda İmişli şəhərinin H.Aslanov küçəsinin səkilərində davam etdirilir.






İstinadlar Qafqazinfo