İmişli rayonunda yem bitkilərinin yığımı yekunlaşıb.
Bu barədə “Report”un Muğan bürosuna İmişli Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Məlumata görə, cari il ərzində 18 469 hektar sahədə yem bitkisi becərilib. Sahələrdən 171 297 ton məhsul əldə olunub.
Ötən il isə 18 332,7 hektar sahədə yem bitkisi becərilib, sahələrdən isə 173 187,7 ton məhsul toplanıb.