İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bəhrəmtəpə-İmişli avtomobil yolunda minik avtomobili qarşıda gedən yük maşınına çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan Ağdam rayon sakini, Əliyev Fuad Əlimərdan oğlu və Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Məhərrəmov Alişan Vidadi oğlu ağır bədən xəsarətləri alıb.

Yaralılara İmişli Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım göstərilib. Sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

İstinadlar Report