
İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, başlanmış cinayət işi ilə əlaqədar istintaq olunan şəxslər vəkillə təmin olunub.
İstintaqın obyektiv aparılması üçün qanunamüvafiq tədbirlər görülür.
Qeyd edək ki, rayonda qarşısına çıxan avtomobildən yayınmaq istəyən polis maşını iki uşağın ölümünə səbəb olub. Bundan sonra qəzəbli kütlə polis maşınını əzərək rayonda aksiyaya cəhd ediblər.