İmişlidə hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Elməddin Əliyevlə bağlı qərar çıxarılıb və ona bəraət verilib.
Bu barədə onun vəkili Elvin Yusifov bildirib.
O qeyd edib ki, bəraət hökmü Şirvan Apellyasiya Məhkəməsinin hakimi İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, rəsmi məlumata əsasən, İmişli rayon sakini, Zakir Uğurluyev 2020-ci ilin sentyabrında rayon polis şöbəsinə (RPŞ) ərizə ilə həmyerlisi Elməddin Əliyevin onu şantaj edərək 8000 manat məbləğində pul tələb etməsi barədə məlumat verib.