Dekabrın 7-si ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin iştirakı ilə rayon ərazisində ağacəkmə və balıq körpələrinin su hövzəsinə buraxılması tədbirləri keçirilib.

Öncə rayonun Şahverdili kəndində müxtəlif növ ağaclar əkilib, suvarılıb və digər ağaclara aqrotexniki qaydada qulluq göstərilib.

Qeyd olunub ki, aksiyada əsas məqsəd yaşıllıq zolaqlarının genişləndirilməsi, ekoloji tarazlığın bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verməkdir. Sonra biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə İmişli rayonunda yerləşən Sarısu gölünə 200 000 ədəd ağ amur, enlialın və çəki balıq körpələri buraxılıb.

Tədbir zamanı, həmçinin balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər qadağan olunmuş üsullarla balıq ovlamamağa, qaydalara əməl etməyə, vətəndaşları isə məsuliyyətli balıq ovlanmasının təbliğinə dəstək verməyə çağırılıb.





İstinadlar Qafqazinfo