İmişli rayonunda 3 yaşlı körpənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun mərkəzi ərazisində motosiklet 2019-cu il təvəllüdlü Ağacanlı Uğur Namiq oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı U.Ağacanlıya açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

İstinadlar Report