
Gəncədə bədbəxt hadisə baş verib.
Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü İmişli sakini Niyaz Vəliyev sözügedən ünvanda quyuya düşüb.
47 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müayinəsinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.