AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının ilk iclası keçiriləcək
  • Hirkan Milli Parkındakı yanğın söndürüldü
  • 1988-1992-ci illərdə 250 mindən artıq Qərbi azərbaycanlı deportasiyaya və təqibə məruz qalıb – RƏSMİ
  • MN: “Azərbaycan HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edir”
  • Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yubiley medalı təsis edilir
  • Samuxda istixanada nöqsanlar aşkarlanıb
  • DYP ətraf mühitin qorunması ilə bağlı əhaliyə müraciət edib
  • Duman Bakının üstündən nə vaxt çəkiləcək?
  • Azərbaycanlıların kütləvi şəkildə deportasiya, təqib və soyqırıma məruz qoyulması faktları əsasında cinayət işi başlanıb
  • Azərbaycanda notariuslar xarici rəsmi sənədləri leqallaşdırmadan qəbul edə biləcək
  • 1988-1992-ci illərdə 250 mindən artıq Qərbi azərbaycanlı deportasiyaya və təqibə məruz qalıb – RƏSMİ
  • Azərbaycanlıların kütləvi şəkildə deportasiya, təqib və soyqırıma məruz qoyulması faktları əsasında cinayət işi başlanıb
  • Rusiya Ermənistanda hərbi təlimlər keçirir
  • Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib 
  • İcma: “Aİ missiyası təxribatçı bəyanatlar vermək əvəzinə Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz qayıdışı ilə məşğul olmalıdır”
  • Azərbaycan Ordusunun Laçındakı əməliyyatının izahı
  • Müəllimlər maaş artımını nə zaman alacaq? – Rəsmi cavab
  • Yenidən Baş nazir oldu
  • Əminə Ərdoğandan Azərbaycana təşəkkür
  • Azərbaycan Ordusu Laçında əməliyyat keçirdi – Rəsmi
  • Post Patrulla “Mercedes” toqquşmuşdu – Qadın 3 gün sonra öldü
  • DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • Bakının bu yollarında tıxac var – Siyahı
  • Ağstafada yeniyetməni öldürən şəxs saxlanıldı
  • Yeniyetməni qətlə yetirməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub
  • Xankəndi-Laçın yolunda aksiyanın 109-cu günü: tələblər dəyişməz, şüarlar eyni
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
İməkləyərək dağıntılar altından çıxdı… – Video
07/02/2023 00:05
Qazaxın 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır – Video
29/03/2023 16:20
“Fazilin şübhələndiyi adam yoxdur” – Qardaşı – VİDEO
29/03/2023 16:14
“Azərişıq” elektrik enerjisindən qanunsuz istifadə halları aşkarladı – Video
29/03/2023 12:23
DİN: “Son 20 gündə Azərbaycanda 46 nəfər saxlanılıb, 250 kq narkotik dövriyyədən çıxarılıb” – VİDEO
29/03/2023 11:59
FHN: “Müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım davam etdirilir” – VİDEO
29/03/2023 10:50
“AzərEnerji” su qıtlığına görə tədbirlərini genişləndirir – Video
29/03/2023 10:05
“Burun əməliyyatından, rinoplastikadan öncə bunları bilməyiniz vacibdir” – Dr.Pərviz Aslanov – VİDEO
29/03/2023 10:03
Fazil Mustafanın evinin qarşısı – Foto+Video
29/03/2023 00:11
“001” Bakının mərkəzində lüks maşınları əzdi – Video
28/03/2023 11:38
“Hətta deyirdilər ki, Erkinə tapşırıblar deyə belə danışıb” – Video
28/03/2023 11:29
Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir – VİDEO
28/03/2023 10:29
Bakı Bulvarında çəkiliş aparmaq qadağandır? – Video
27/03/2023 22:17
Bayram günlərində 40 nəfər xilas edilib – Video
27/03/2023 10:44
Kanadanı Çinlə qarışdıran Bayden deputatların gülüşünə səbəb olub – VİDEO
25/03/2023 22:29
Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl – Video
25/03/2023 19:02
Sərhədi pozmağa cəhd edən pakistanlılar saxlanıldı – Video
25/03/2023 10:35

Video xəbərlər

  • “La Vira – məxfi menyu” – DTX bunu ermənilərə necə “həzm etdirdi” – VİDEO
  • Son iki ayda Yasamalda narkotikə görə 33 nəfər saxlanılıb – VİDEO
  • Qırıcılarımız havaya qaldırıldı – Video
  • Qazaxın 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır – Video
  • “Fazilin şübhələndiyi adam yoxdur” – Qardaşı – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

30/03/2023
21:17 Macarıstan, Bolqarıstan və Rumıniya Azərbaycandan qaz tədarükünə dair saziş hazırlayır
20:59 ABŞ Ukraynaya 400 milyon dollar yardım edib
20:38 “Onlardan biri Fransa, ikinci isə İrandır” – MN-dən sərt açıqlama
20:32 Şamaxıda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirildi
20:23 Ceyhun Bayramov Yasir Ərəfatın ev muzeyini ziyarət edib
20:11 Baş nazir iclas keçirdi – Mikayıl Cabbarov məruzə etdi
19:52 Hindistanda məbədin dam örtüyü uçub, 8 nəfər ölüb, 25 nəfər quyuya düşüb
19:50 Müdafiə Nazirliyi məlumat yaydı
19:35 Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri ilə görüşüb
19:28 Ələt-Astara avtomobil yolunda qəza olub, xəsarət alanlar var
19:26 Külək güclənəcək, yağış və qar yağacaq
19:20 İqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edib
18:59 İsrailin Nyu-Yorkdakı baş konsulu vəzifəsindən azad edilib
18:43 Rusiya XİN: “Bakı və İrəvan bir-birilə razılığa gələ bilər”
18:41 Pərviz Şahbazov: “İlin sonunadək Azərbaycandan Macarıstana qaz tədarük edilə bilər”
18:35 Zaxarova: “Moskva ilə İrəvan Ermənistanın Roma Statutunun öhdəliyini ratifikasiyasını müzakirə edir”
18:29 BMT Baş katibinin köməkçisi: “Azərbaycanın “ASAN xidmət” modeli artıq nümunə kimi istifadə olunur”
18:23 Paytaxtın tıxac olan yolları – Siyahı
18:17 Vaşinqtonda Ramazan ayı münasibətilə iftar mərasimi təşkil olunub
18:04 Cavanşir Məmmədovun eks-kürəkəninə bu maddələr üzrə hökm oxundu
18:02 ABŞ dövlət katibi Brüsselə səfər edəcək
18:01 Azərbaycanda 5 dövlət əmlakı özəlləşdirilib
17:59 Türkiyədə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 24 nəfər yaralanıb
17:53 “Uşaq evində bizə ətin sümüyünü verirlər” deyən yeniyetmə Psixiatriya Xəstəxanasına salınıb
17:50 Abşeronda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası – Fotolar
17:40 ABŞ-da iki helikopterin toqquşması nəticəsində 9 hərbçi ölüb
17:38 Dmitro Kuleba: “Rusiya müharibəni masada bitirməkdə maraqlı deyil”
17:23 Ukrayna XİN başçısı: “ABŞ bizə dəstəyi dayandırsa, dünya nizamı məhv olacaq”
17:05 Azərbaycan fermerinin su problemini necə həll etmək olar?
16:59 Reyçel Avraam: “Səfirliyin açılması Azərbaycan və İsrail arasında əməkdaşlığı gücləndirəcək”
16:48 Lavrov Türkiyəyə səfər edəcək, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edəcək
16:46 Heydər Əliyev Mərkəzində qala konsert keçiriləcək
16:43 Son sutkada 4 nəfər koronavirusdan ölüb
16:41 Vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı
16:35 Ağ Evin sözçüsü: “ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”
16:29 ANAMA ilə DGK arasında Anlaşma Memorandumu imzalanıb
16:28 Havanın çirklənməsinin 83 faizinin səbəb avtomobillərdir
16:26 Xankəndi-Laçın yolunda etirazların 109-cü günü: aksiyada canlanma müşahidə olunur
16:23 Azərbaycanın Beynəlxalq Zeytun Şurasına üzvlük prosesi müzakirə olunub
16:17 Aşıq nəslindən, ‘Bravo market’dən keçən həyat yolu – Yüksək vəzifəyə təyin edilən Zaur Mikayılov kimdir?
16:08 Bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıb
15:56 Maya Sandu: “Rusiya Belarusda olduğu kimi, Moldovada da nüvə silahı yerləşdirmək istəyir”
15:46 Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verildi
15:44 Cərimələrin bir hissəsi bu idarəyə köçürüləcək
15:43 Komitə sədri: “Azərbaycanda dövlət-din münasibətləri kifayət qədər həssas məsələdir”
15:41 Dünya Bankının Azərbaycanla əməkdaşlıq planı müzakirə edilib
15:23 “Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi
15:20 Prezident onu sədr təyin etdi
15:14 Veysəloğlu Şirkətlər Qrupunda “İlin layihəsi” nominasiya üzrə qaliblər seçildi – Fotolar
14:50 Azərbaycan və Fələstin XİN başçıları görüşüb
14:47 Yeni qərar artıq sifariş verilmiş avtomobillərin Azərbaycana idxalına necə təsir edəcək?
14:38 Həbsdə olan qohumuna ayaqqabının içərisində narkotik keçirmək istəyən şəxs saxlanılıb
14:35 Paşinyanla Mişel Laçın yolundakı vəziyyəti müzakirə etdi
14:22 XİN: “Ermənistan qüvvələrini tam olaraq Azərbaycan ərazisindən çıxarmalıdır”
14:20 Ekspert: “Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığı daha da səmərəli edəcək”
14:19 Ayxan Hacızadə: “Azərbaycan öz ərazisində Ermənistanın qanunsuz fəaliyyətlərinin qarşısını almaqda qərarlıdır”
14:17 Rəsmi Bakı: “Azərbaycan heç zaman mülki əhalini hədəf almayıb”
14:14 Prezident açılışda – Fotolar
14:11 Azərbaycan XİN Nikol Paşinyana cavab verib
14:08 Nikol Paşinyan və Şarl Mişel arasında telefon danışığı olub

Əvvəlki xəbərlər

Facebook-da izləyin

İməkləyərək dağıntılar altından çıxdı… – Video

Multimedia 07/02/2023 00:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində dağıntılar altında qalan insanların xilasetmə işləri davam etdirilir.

Xilasetmə işləri zamanı günün maraqlı görüntülərindən biri Kahramanmaraşda lentə alınıb.

Zəhra adlı azyaşlı dağıntılar arasından xilas edilib. O, bu zaman həyata doğru iməkləyib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qazaxın 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır – Video

Multimedia 29/03/2023 16:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qazax rayonunun sərhədyanı bölgədə yerləşən 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır.

Dövlət investisiyası hesabına həyata keçirilən layihə Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərini əhatə edir. Bu kəndlərdə indiyədək su təchizatı sistemləri mövcud olmayıb. Kənd sakinləri suya olan tələbatlarını uzaq məsafədən daşımaqla ödəyiblər.

Təsdiqlənmiş layihəyə uyğun olaraq Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinə içməli su 4 yeni subartezian quyusundan veriləcək. Layihə çərçivəsində nasos stansiyaları və su anbarlarının inşası da nəzərdə tutulub. Hazırda quyulararası, magistral və şəbəkə su xətlərinin, həmçinin anbarların tikintisi davam etdirilir. Layihə çərçivəsində 14 km magistral, 76 km km şəbəkə su xətlərinin inşası layihələndirilib. İndiyədək magistral su xəttinin 2, içməli su şəbəkəsinin isə 53 km-lik hissəsi inşa olunub. Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərində əhalinin ümumi istifadəsi üçün 496 ədəd bulaq quraşdırılacaq.

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Yeni yaradılan infrastruktur Qazax rayonunun 3 kəndində 10 minədək sakinin içməli su təchizatını yaxşılaşdıracaq. Qeyd edək ki, hazırda Qazax rayonu ilə yanaşı, Tovuz, Ağstafa və Neftçala rayonlarının kənd və qəsəbələrində içməli su layihələri həyata keçirilir.

Oxumağa dəyər:   Rusiyanın Sverdlovsk vilayətində qaz kəmərində partlayış olub





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Fazilin şübhələndiyi adam yoxdur” – Qardaşı – VİDEO

Multimedia 29/03/2023 16:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Deputat Fazil Mustafanın qardaşı Azər Mustafayev deputatın güllələnməsi ilə bağlı jurnalistlərə açıqlama verib.

O, qardaşının 1-2 günə evə buraxılacağını bildirib: “Hücum qapıya çatanda pultla qapını açanda olub. Həmin an atəş açılıb. Avtomatdan 7 atəş açılıb, 2-si dəyib. Hadisə zamanı evdə həyat yoldaşı və qızı olub. Yaralı vəziyyətdə evə girib, polisə və xəstəxanaya zəng ediblər.

Yəqin ki, sui-qəsd cəhdi sifarişlidir. Özünün şübhələndiyi adam yoxdur. Evin qarşısında kameralar var. Hamısı götürülüb, araşdırılır”.

A.Mustafayev çəkiliş zamanı sui-qəsdin törədildiyi yeri də göstərib. Qeyd edib ki, maşın evin qarşısında saxladığı vaxt atəş açan şəxs evin yan tərəfində dayanıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərişıq” elektrik enerjisindən qanunsuz istifadə halları aşkarladı – Video

Multimedia 29/03/2023 12:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərişıq” əməkdaşları paytaxtın Xəzər rayonunda “Ev Qur” adlı mağazaya baxış keçirdiyi zaman məlum olub ki, elektrik sayğacı kənar müdaxilə səbəbindən axan cərəyanı yarıbayarı az qeyd edir.

Həmçinin Xırdalan şəhərində sement zavodunda da kənar müdaxilənin olduğu aşkar edilib. Baxış zamanı elektrik sayğacının “A”, “B”, və “C” faza cərəyan sıxaclarına müdaxilə edildiyi məlum olub.

Paytaxt və ətraf ərazilərlə yanaşı, Salyan rayonunda bəzi qeyri-əhali abonentlərnin elektrik enerjisini taladığı aşkarlanıb. Rayon ərazisində mağazalardan birinə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur.

Analoji vəziyyətə avtoyuma və kafe fəaliyyəti göstərən digər bir obyektdə rast gəlinib. Burada da sayğaca kənar müdaxilə etməklə elektrik enerjisindən qanunsuz istifadə olunduğu müəyyən edilib.

Elektrik enerjisinin talandığı növbəti fakt balıqçılıq təsərrüfatında ortaya çıxdı. Abonent uzaq məsafəyə kənar xətt çəkməklə yanaşı, uzaqdan idarə olunan xüsusi qurğu da quraşdırıb.

Oxumağa dəyər:   FHN Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirəcək

Qeyd edilən faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb, hüquq mühafizə orqanlarına müraciət edilib və bu ardıcıl olaraq davam etdiriləcək. Həmçinin, bu cür qanunszuluğa yol verən obyekt və müəssisələrin, şəxslərin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

DİN: “Son 20 gündə Azərbaycanda 46 nəfər saxlanılıb, 250 kq narkotik dövriyyədən çıxarılıb” – VİDEO

Hadisə 29/03/2023 11:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Son 20 gündə Azərbaycanda 46 nəfər saxlanılıb, 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Novruz bayramı günlərində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Lənkəran şəhər sakini Vüsal Tahirovu saxlayıb.

Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı ümumilikdə 62 kiloqram, o cümlədən 23 kiloqram heroin, 7 kiloqram tiryək, 24 kiloqram marixuana və 8 kiloqram metamfetamin aşkarlanıb.

“Bu polisin istirahət günlərində narkotiklərin qanusnuz dövriyyəsinə qarşı həyata keçirdiyi əməliyyatlardan yalnız biridir. Müxtəlif şərti adlar altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən şəxslərin Azərbaycandakı dayaqlarına qarşı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gündə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı 5 mütəşəkkil dəstə, o cümlədən 46 nəfər saxlanılıb, 1 nəfər isə polisə odlu silahla müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 250 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə, elektron tərəzilər və 11 min ədəd ekstazi və metadon həbi çıxarılıb.

Oxumağa dəyər:   "Fazilin şübhələndiyi adam yoxdur" - Qardaşı - VİDEO

Sonuncu silsilə əməliyyatlar zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha bir neçəsinə zərbə endirilib.

Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN: “Müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım davam etdirilir” – VİDEO

Hadisə 29/03/2023 10:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin (FHN) tərəfindən müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım davam etdirilir.

Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən Türkiyədən ölkəmizə gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə fəaliyyətlərini davam etdirirlər.

Belə ki, ötən müddət ərzində 1743 vətəndaşa, o cümlədən 271 uşağa 4773 seans psixoloji yardım göstərilib.

Xatırladaq ki, hazırda Bakı və Naxçıvan şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“AzərEnerji” su qıtlığına görə tədbirlərini genişləndirir – Video

Multimedia 29/03/2023 10:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Son illərdə su anbarlarında, çaylarda, o cümlədən Xəzər dənizində su səviyyəsinin düşməsi “AzərEnerji”nin balansında olan su elektrik stansiyalarında enerji istehsalının azalmasına və sudan soyutma məqsədi ilə istifadə edilən istilik elektrik stansiyalarının fəaliyyətinə ciddi təsir edir. 

Bu səbəbdən də su ehtiyatlarından səmərəli və planlı istifadə edilməsi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyəti çərçivəsində koordinasiya olunur.

Eyni zamanda su qıtlığına görə fəaliyyətini dayandırmaq təhlükəsilə üzləşən ölkənin ən böyük elektrik stansiyalarında qabaqlayıcı tədbirlər görülərək kompleks işlər həyata keçirilir. Belə ki, Xəzər dənizində su səviyyəsinin kəskin düşməsinə görə ölkənin ikinci böyük elektrik stansiyası olan 800 meqavatlıq “Şimal” Elektrik Stansiyasında dənizin içərisinə doğru soyuq suyu 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluqda estakadanın və 2 yerdə su nasos stansiyalarının tikintisi aparılır.

Qeyd edək ki, buna qədər “AzərEnerji” tərəfindən “Sumqayıt” Elektrik Stansiyasında 750 metr uzunluğunda estakada və su nasos stansiyası tikilərək istismara verilib. Kür çayında su səviyyəsinin enməsinə görə ölkənin üçüncü böyük elektrk stansiyası olan “Cənub” Elektrik Stansiyasını soyutma suyu ilə təmin etmək üçün su aşıran qurğu tikilib və Şəmkir su anbarında su itkisinə səbəb olmaqla yanaşı real təhlükə mənbəyinə çevrilən 160 metr uzunluğunda 3 tuneldən ibarət su tullayıcı qurğu tamamailə yenidən qurulub.

Oxumağa dəyər:   Azərbaycan brendi olan "ASAN xidmət"in uğurları BMT-yə üzv dövlətlərlə paylaşılıb

Qeyd edək ki, ölkədə elektrik enerjisinə tələbatın pik dövrləri yay və qış fəsillərinə təsadüf edir. Ona görə də sudan energetika məqsədləri üçün istifadənin suvarma və kommunal məqsədlər üçün istifadəyə uyğunlaşdırılması həm məhdud su ehtiyatlarına qeyri-suvarma dövründə qənaət etməyə, həm də su elektrik stansiyalarında istehsalın suvarma dövründə artırmağa imkan verir.

 

InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Burun əməliyyatından, rinoplastikadan öncə bunları bilməyiniz vacibdir” – Dr.Pərviz Aslanov – VİDEO

Multimedia 29/03/2023 10:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı tibb üzrə fəlsəfə doktoru, otorinolarinqoloq, rinoplastika üzrə cərrah Dr. Pərviz Aslanovdur. Müsahibimiz rinoplastika haqqında suallarımızı cavablandırıb.

“Qafqazinfo” müsahibəni təqdim edir:

Arayış

Peşəkar cərrah Dr. Pərviz Aslanov 2006-cı ildə Azərbaycan Tibb Universitetini bitirib. ABŞ, Braziliya, Avropa da daxil olmaqla dünyanın 50-yə yaxın ölkəsində ixtisasartırma kurslarında və beynəlxalq konfranslarda iştirak edib. 15 ildir rinoplastika və burun daxilinə aid bütün patologiyaların müalicəsi ilə məşğul olur.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda doktorantura təhsili alıb, elmi  tədqiqat işləri aparıb. 2021-ci ildə otorinolarinqologiya ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.

Hazırda West Hospital və Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərir.

– Estetik burun əməliyyatı üçün yaş həddi varmı?

– Bəli, aşağı yaş həddi var. Xanımlarda 16, bəylərdə isə 17 yaşdan sonra estetik burun əməliyyatına icazə var. Nadir hallarda burun forması və burun daxili problemlər nəzərə alınaraq, bu həddi bir yaş aşağı salmaq olar. Amma yuxarı yaş həddi yoxdur. Ədəbiyyatda 90 və daha yuxarı yaşda əməliyyat olunan pasiyentlər haqqında məlumat var. Mənim indiyədək etdiyim ən yaşlı pasiyentin 72 yaşı olub.

– Qadın, yoxsa kişi idi?

– Xanım idi. Hətta ondan niyə bu yaşda gəldiyini də soruşdum? Əvvəl atasının, sonra da həyat yoldaşının icazə vermədiyini dedi: “Hər ikisi dünyasını dəyişəndən sonra və ölmədən öncə bu arzuma çatmaq istədim”. Çox uğurlu əməliyyat olduğunu qeyd etmək istərdim. 

– Qadın hər yaşda gözəl olmağı arzulayır. Maraqlıdır, son illər kişilər arasında da estetik burun əməliyyatı etdirənlərin sayı artıb.

Oxumağa dəyər:   Xarici KİV: "Rusiyada iqtisadi böhran başlayıb"

– Bəli, doğrudur. Hətta artıq kişi və qadın pasiyentlərimin sayının da bərabərləşdiyini deyərdim. Qadınlardan fərqli olaraq, kişilər, sadəcə, düzgün burun istəyirlər. Onlarda burnun uc hissəsi qalxmır, yaxud da kiçik ölçüyə salmırıq. Belə də olmalıdır. Çox nadir hallarda kiçik ölçülü, burnun uc hissəsinin qalxmasını istəyən kişi pasiyentlərim olur. Kişilər burunlarının əməliyyat olunmasının bilinməsini istəmirlər. Ona görə də düzgün bir buruna qane olurlar.

– Qadınlarla işləmək çətindirmi?

– Belə deməzdim. İşini bilən cərrah üçün qadınlarla işləmək çətin deyil. Şəxsən mən heç bir çətinlik yaşamıram.

– Buna necə nail olursunuz?

– Hər şeydən öncə pasiyenti diqqətlə dinləmək, nə istədiyini tam öyrənmək lazımdır. Əgər xanımın istəkləri ilə cərrahın bacarığı, cərrahiyyənin imkanları üst-üstə düşərsə, nəticə də uğurlu alınır. Hər pasiyentə fərdi yanaşmaq çox önəmlidir. Əgər cərrah xəstəyə bir dost kimi yanaşar, real şərtləri, imkanları izah edərsə, arada heç bir narazılıq yaranmaz, nəticə də xanımı qane edər.

– Əməliyyat üçün burun forması necə seçilir?

– Öncə fotolarını çəkir, burun formalarını dəqiqliklə incələyir və endoskopik yolla burun daxilinə baxırıq. Çünki uğurlu rinoplastika tək gözəl görünüş deyil, həm də sağlam bir buruna nail olmaqdır. Əgər burun daxilində bir patologiya varsa, estetik əməliyyat zamanı onu da aradan qaldırırıq. Burun formasına gəlincə isə pasiyentin nə istədiyini öyrənib fotoşopla bir burun təsviri hazırlayırıq. Yəni mümkün burun formasını əvvəlcədən göstəririk. Amma onu da qeyd edim ki, bu nəticəyə təsir edəcək bəzi faktorlar da var. Məsələn, dərinin qalınlığı, daha öncə əməliyyat keçirib-keçirməməsi, burun çəpərindən bizə lazım olacaq qığırdaq qreflərinin miqdarı və s.

Oxumağa dəyər:   FHN Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirəcək

Sevindirici haldır ki, son dövrlər pasiyentlər iki məqamı xüsusi vurğulayırlar: burnun uc hissəsi çox qalxmasın və burun arxası çox düşməsin. Demək olar ki, pasiyentlərin 50 faizdən çoxu təbii burun istəyir. Çalışırıq ki, pasiyentlərə təbii və gözəl burun verə bilək. Əlbəttə, sağlamlıq da şərtdir.

– Estetik burun əməliyyatı ilə bağlı ən çox edilən şikayətlər burunların bir-birinə bənzəməsi ilə bağlıdır. Bu nəticə daha çox cərrahdan, yoxsa pasiyentdən asılıdır?

– Hər bir pasiyentin üz ölçüləri, burun forması fərqlidir. İndiyədək eyni ölçüyə malik iki pasiyentə rast gəlməmişəm. Hər bir pasiyentə fərdi yanaşılmalı və onun üzünə uyğun burun forması seçilməlidir. Bəzən pasiyent əlində başqa bir adamın fotosunu gətirir və həmin burun formasını istədiyini deyir. Biz ona izah edirik ki, bu cür burun forması sizin üzünüzə yaraşmaz, biz sizə öz üz cizgilərinizə uyğun daha gözəl burun əməliyyatı edəcəyik.

– Bəs açıq, yoxsa qapalı əməliyyat daha üstündür?

– Bu sualı tez-tez verirlər. Rinoplastika çox inkişaf edib. Hazırda rinoplastikanın 12-yə yaxın növü var. Heç birinə də “ən mükəmməldir” demək olmaz. Hər üsulun üstün və əskik tərəfləri var. Bəzi pasiyentə bir neçə üsulu tətbiq etməli oluruq. Bu, pasiyentin burun forması və burnundakı problemlərlə bağlıdır. Daha yaxşı nəticə üçün hansı üsul effektiv ola bilərsə, onu da seçirik.

– Ən müasir üsullarla əməliyyat edirsiniz. Sizin etdiyiniz əməliyyatlarda ağrı və tampon olmur?

– Bəli. Əvvəlki əməliyyatlarda burun daxilinə sarğı bezindən, yaxud da silikondan hazırlanmış tampon yerləşdirilirdi. Tampon qoyulduğu zaman pasiyent nəfəs ala bilmir və üzündə çox şişkinlik yaranır. Həmçinin tampon ağrıya da səbəb olur. Artıq müasir üsullar və istifadə etdiyimiz ən son texnoloji tibbi cihazlar sayəsində buna ehtiyac qalmayıb. Biz ağrısız və tamponsuz əməliyyat edirik.

Oxumağa dəyər:   Komitə sədri: "Dərmanların keyfiyyəti aşağıdır, bəzi dərmanlar tapılmır"

– Niyə bəzi əməliyyatdan sonra nəfəsalmada problem yaranır?

– Ona görə qeyd etdim ki, estetik əməliyyatdan öncə burun daxili də yoxlanılmalıdır. Əgər hər hansı bir problem, məsələn, çəpər əyriliyi varsa, o da düzəldilməlidir. Həmçinin burun daxili çox daraldılmamalıdır. Burun çox kiçik ölçüyə salınarsa, bu da nəfəsalmada çətinlik yarada bilər.

– Estetik burun əməliyyatı üçün plastik cərrah, yoxsa lor həkimi?

– Mən lor həkimiyəm, amma 15 ildir peşəkar rinoplastika ilə məşğul oluram. Hər zaman da vurğulayıram ki, kim əməliyyat edirsə-etsin, amma mütləq şəkildə burun daxilinə, burun daxili problemlərə hakim olan bir cərrah olsun. Çünki sadəcə buruna forma verməklə iş bitmir. Bəzi pasiyentlərdə sinusit, poliplər, adenoid, rinit kimi bir sıra burun daxili patologiyalar da olur. Lor həkimi estetik əməliyyat zamanı bu problemləri də aradan qaldırır.

– Estetik burun əməliyyatı üçün doğru cərrahı necə seçməli?

– Mütləq şəkildə araşdırmaq lazımdır. Gözüyumulu, reklamlara inanıb həkim seçmək doğru deyil. Sonra bunun ciddi zərərini görən və ikinci dəfə bizə müraciət edən pasiyentlər çox olur. Seçmək istədiyiniz cərrahı digər həkimlərdən, tibb personalından soruşun. Həkimin əvvəllər əməliyyat etdiyi pasiyentlərdən rəylər almaq ən doğru seçimdir.

Qeyd: Dr. Pərviz Aslanov rinoplastika və burun patologiyalarına aid bütün əməliyyatları yüksək səviyyədə icra edən mütəxəssisdir. Maraqlananlar həkimlə (055) 601-50-50 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər. Həmçinin https://www.facebook.com/drparvizaslanov feysbuk, drparvizaslanov instaqram və  https://www.youtube.com/@PervizAslanov yutub hesabları ilə də həkimə elektron müraciət etmək olar.







İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Fazil Mustafanın evinin qarşısı – Foto+Video

Multimedia 29/03/2023 00:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa evinin qarşısında güllələnib.

Həmin görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“001” Bakının mərkəzində lüks maşınları əzdi – Video

Multimedia 28/03/2023 11:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda zəncirvari yol qəzası baş verib.

Hadisə dünən Səbail rayonu, Zərifə Əliyeva küçəsində baş verib.

01 BO 001 dövlət qeydiyyat nişanlı “Nissan Patrol” markalı avtomobil idarəetmədən çıxaraq “Hyundai Accent”ə çırpılıb. Zəncirvari qəzada yol kənarındakı digər avtomobillərə də ciddi ziyan dəyib.

Hadisəyə səbəb olan və zədələnən avtomobillərin lüks nəqliyyat vasitələri olması diqqəti cəlb edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Hətta deyirdilər ki, Erkinə tapşırıblar deyə belə danışıb” – Video

Multimedia 28/03/2023 11:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Milli Məclisin deputatı Erkin Qədirli bir müddət əvvəl geniş müzakirələrə səbəb olan “Azərbaycanda demokratik seçki keçirilmir” fikirləri barədə bir daha danışıb.

Deputat İTV-də yayımlanan “3 D”nin aparıcısı Dadaş Dadaşlinskinin verilişində bunun xoş niyyətlə deyilən fikir olduğunu bildirib.

E.Qədirli qeyd edib ki, müsahibə zamanı özünü örnək göstərib: “Mən bunu gələcəkdə seçkilərin daha demokratik keçirilməsi üçün demişəm. Bu sözü hər zaman demişəm. Amma bu dəfə niyə belə partladı bilmirəm… Hətta bəziləri bildirirdi ki, Erkinə tapşırıblar deyə belə danışıb”.

O, aparıcının “Demokratik olmayan seçki və saxta seçki arasındakı fərq nədir?” sualına belə cavab verib: “Fərq çoxdur. Seçki, ola bilsin, saxta deyil, düzgün keçirilib, səslər sayılıb. Amma demokratik deyil. Çünki rəqabət ortamı olmayıb, media demokratik deyil, orada çox komponentlər var.

Və ola bilər ki, əksinə olub – Seçki demokratikdir, hansısa dairələrdə saxtakarlıq olub. Mən özüm də deyə bilmərəm ki, seçkilər tam demokratik olsaydı, mən udardım, ya yox. Orada əminlik sözü önəmlidir”. 

Oxumağa dəyər:   Deputat uşaqlara verilən siropun istifadə qaydasının fərqli yazılmasını tənqid edib

Ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir – VİDEO

Multimedia 28/03/2023 10:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tank heyətləri ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlər davam edir.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakı Bulvarında çəkiliş aparmaq qadağandır? – Video

Multimedia 27/03/2023 22:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Xəzər Xəbər”in əməkdaşları Bulvar ərazisində çəkiliş aparmaq istəyərkən Dənizkənari Bulvar İdarəsinin mühafizə xidməti onlardan çəkilişi dayandırmağı tələb edib.

Əməkdaşlara bildirilib ki, ərazidə icazəsiz çəkiliş aparmaq qadağandir.

21-ci əsrdə paytaxtın mərkəzində media nümayəndələri üçün belə mənasız qaydanın qoyulması absurddur, gülüncdür. Bu hal ilk deyil. Jurnalistlər illərdir qoyulan bu sistemlə çalışmaq məcburiyyətində qalır.

Maraqlıdır görəsən dünyanın hansı inkişaf etmiş ölkəsində belə bir qayda və ya qadağa var?

Təsəvvür edin turist olaraq Azərbaycana gəzməyə gəlirsiz. İlk olmasa da mütləq baş çəkəcəyiniz məkanlardan biri də Bakı Bulvarı olacaq. Səhv edib üzərinizdə kamera götürsəz sizə çəkilişə icazə verməyəcəklər. Millət vəkili Razi Nurullayevin başına gəldiyi kimi.

Belə ki, bir neçə gün öncə deputat TV-lərin birinə bulvar ərazisində müsahibə vermək istəyib amma çəkilişə icazə verilməyib. Qısacası deyiblər ki, millət icazə alırsa, millət vəkili də icazə almalıdır. Yəni, kim olursan ol, gəl bizdən icazə al.

Oxumağa dəyər:   Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib 

Dənizkənarı bulvar idarəsinin  mətbuat katibi Könül İmamverdiyeva suallarımıza cavab olaraq bildirdi ki, Bulvar Milli Park sayılır və bura xüsusi şəkildə mühafizə olunur. Bu səbəbdən icazə almalısınız.

Qurum rəsmisi onu da qeyd etdi ki, bu qayda idarənin nizamnaməsində də öz əksini tapıb. Lakin nizamnaməni əvvəldən axıra qədər oxuduq və heç bir bənddə “jurnalistlər bulvara girmək üçün xüsusi icazə almalıdırlar” müddəasına rast gəlmədik.

Hüququqşünas Şamil Paşayev də Xəzər Xəbərə təsdiqlədi ki, küçə, meydan, xiyaban və parklarda çəkiliş apamaq qanunla qadağan deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bayram günlərində 40 nəfər xilas edilib – Video

Multimedia 27/03/2023 10:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 373 yanğına çıxış və 30 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu FHN-in Mətbuat xidmətindən məlumat verilib.

“Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 17-si azyaşlı olmaqla 40 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib”, – rəsmi məlumatda bildirilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Kanadanı Çinlə qarışdıran Bayden deputatların gülüşünə səbəb olub – VİDEO

Multimedia 25/03/2023 22:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

ABŞ Prezidenti Cozef Bayden ölkənin miqrasiya ilə bağlı mövqeyini açıqlayarkən təsadüfən Kanada əvəzinə Çini tərifləyib.

Bu barədə “Fox News” məlumat yayıb.

Bayden Ottavada Kanada parlamentində çıxışı zamanı ABŞ-ın immiqrasiya siyasətini müzakirə edərkən yenidən səhv danışıb.

“Biz Birləşmiş Ştatlarda insan alverini alovlandıran qeyri-qanuni miqrasiyanın qarşısını almaqla təhlükəsiz və humanitar baza təmin etmək üçün qanuni miqrasiya marşrutlarını genişləndiririk. Ona görə də bu gün mən Çinin çıxmasına görə alqışlayıram… Bağışlayın, Kanadanı alqışlayıram”-deməsi parlamentarilərin gülüşünə səbəb olub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl – Video

Multimedia 25/03/2023 19:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində kənar müdaxiləyə məruz qalan 3 malikanə tipli fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə aparılıb.

“Azəriqaz”dan verilən məlumata görə, abonentlərin razılığı ilə sayğaclara vizual baxış keçirilib və hər 3 sayğacda qanunsuz kənar müdaxilə halı təsdiq olunub.

“Bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırırıq. Bildiririk ki, bu kimi hallara qarşı qanun  çərçivəsində tədbirlər görüləcək” – “Azəriqaz”ın açıqlamasında bildirilir.

Daha ətraflı video materialda: 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sərhədi pozmağa cəhd edən pakistanlılar saxlanıldı – Video

Multimedia 25/03/2023 10:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Mart ayının 24-də saat 15:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Samux rayonunun Salahlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 5 (beş) nəfər Pakistan İslam Respublikası vətəndaşları saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

“Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir”, – rəsmi məlumatda bildirilib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 29/03/2023 16:20

Qazaxın 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır – Video

Read more
Multimedia 29/03/2023 16:14

“Fazilin şübhələndiyi adam yoxdur” – Qardaşı – VİDEO

Read more
Multimedia 29/03/2023 12:23

“Azərişıq” elektrik enerjisindən qanunsuz istifadə halları aşkarladı – Video

Read more
Hadisə 29/03/2023 11:59

DİN: “Son 20 gündə Azərbaycanda 46 nəfər saxlanılıb, 250 kq narkotik dövriyyədən çıxarılıb” – VİDEO

Read more
Hadisə 29/03/2023 10:50

FHN: “Müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım davam etdirilir” – VİDEO

Read more
Multimedia 29/03/2023 10:05

“AzərEnerji” su qıtlığına görə tədbirlərini genişləndirir – Video

Read more
Multimedia 29/03/2023 10:03

“Burun əməliyyatından, rinoplastikadan öncə bunları bilməyiniz vacibdir” – Dr.Pərviz Aslanov – VİDEO

Read more
Multimedia 29/03/2023 00:11

Fazil Mustafanın evinin qarşısı – Foto+Video

Read more
Multimedia 28/03/2023 11:38

“001” Bakının mərkəzində lüks maşınları əzdi – Video

Read more
Multimedia 28/03/2023 11:29

“Hətta deyirdilər ki, Erkinə tapşırıblar deyə belə danışıb” – Video

Read more
Multimedia 28/03/2023 10:29

Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir – VİDEO

Read more
Multimedia 27/03/2023 22:17

Bakı Bulvarında çəkiliş aparmaq qadağandır? – Video

Read more
Multimedia 27/03/2023 10:44

Bayram günlərində 40 nəfər xilas edilib – Video

Read more
Multimedia 25/03/2023 22:29

Kanadanı Çinlə qarışdıran Bayden deputatların gülüşünə səbəb olub – VİDEO

Read more
Multimedia 25/03/2023 19:02

Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl – Video

Read more
Multimedia 25/03/2023 10:35

Sərhədi pozmağa cəhd edən pakistanlılar saxlanıldı – Video

Read more
Multimedia 25/03/2023 09:47

“Yoldaşım şkafı tutdu ki, aşmasın” – İsmayıllıda zəlzələ anı – VİDEO

Read more
Multimedia 24/03/2023 17:14

Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir – VİDEO

Read more
Multimedia 24/03/2023 13:50

Azərbaycan MN Qarabağdakı rus qüvvələrinə xəbərdarlıq etdi – VİDEO

Read more
Multimedia 23/03/2023 12:08

“Azəriqaz” İB-nin “Başdan ayağa” aksiyası davam edir – Video

Read more
Multimedia 23/03/2023 00:20

58 gün sonra 55 yaşında… – Video+Fotolar

Read more
Multimedia 22/03/2023 21:38

Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək – VİDEO

Read more
Multimedia 21/03/2023 18:26

Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video

Read more
Multimedia 20/03/2023 22:32

Əməkdar artist illər sonra doğma kəndində bayram tonqalı qaladı – Video

Read more
Multimedia 20/03/2023 20:38

Bu şəxslər “texosmotr”dan növbəsiz keçəcək – Vıdeo – VİDEO

Read more
Multimedia 20/03/2023 18:35

“Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO

Read more
Hadisə 20/03/2023 14:23

“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb – VİDEO

Read more
Multimedia 20/03/2023 12:37

Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

Read more
Hadisə 20/03/2023 11:11

Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb – VİDEO

Read more
Multimedia 20/03/2023 11:03

“Azland plaza” qazi və şəhid ailələrini sevindirdi – Video – Fotolar

Read more
Multimedia 19/03/2023 20:50

“Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video

Read more
Multimedia 19/03/2023 13:59

Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib – VİDEO

Read more
Multimedia 19/03/2023 10:08

“İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video

Read more
Hadisə 18/03/2023 17:37

Bakıda “Salamat Ramil” saxlanılıb, ondan “Kalaşnikov” götürülüb – VİDEO

Read more
Multimedia 18/03/2023 13:32

Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı – Video

Read more
Multimedia 17/03/2023 20:29

İki yerüstü piyada keçidi istifadəyə verildi – Fotolar+Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla