Nazirlər Kabineti malların risk qruplarının təyin edilməsi meyarlarını təsdiq edərək onların təsnifatını aparıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov bu gün keçirilən “Milli Metrologiya Forum”unda deyib.
O qeyd edib ki, bu malların siyahısı artıq aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb: “Texniki reqlamentlərlə əhatə olunmalı olan 39 mal kateqoriyası üzrə mallarının siyahısı hazırlanıb”.