ABŞ-nin kosmik nəqliyyat şirkəti SpaceX Falcon 9 raketi ilə yük daşıyan Dragon kapsulunu kosmosa uğurla buraxıb.

SpaceX və Amerika Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən uçuş həyata keçirilib.

Bildirilib ki, kapsul təxminən 4 ton qida və material daşıyacaq.

Əgər missiya problemsiz başa çatarsa, kapsul yanvarın əvvəlində  Florida sahillərində dənizə paraşütlə atılacaq.

Qeyd edək ki, SpaceX şirkətinin rəhbəri milyarder İlon Maskdır.

İstinadlar Qafqazinfo