
İlon Maskın rəhbərlik etdiyi ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) mütəxəssisləri dələduzluq və səmərəsiz xərcləri aşkar etmək məqsədilə “Medicare” və “Medicaid” (CMS) mərkəzlərinin ödəniş və müqavilə sistemlərinə giriş əldə ediblər.
“İlon Maskın DOGE-dəki komandası ehtimal olunan dələduzluq və ya vəsaitlərin məqsədsiz xərclənməsi hallarını aşkar etmək üçün “Medicare” və “Medicaid Services” mərkəzlərində çalışır. DOGE nümayəndələri ödəniş və müqavilə sistemlərinə giriş əldə ediblər”, – mənbə bildirib.