“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu və rəhbəri İlon Mask dünyanın ən varlı adamları siyahısında ikinci sıraya yüksəlib.

Bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

“Bu il Mask sərvətini 100.3 milyard dollar artırdı, bu da “Bloomberg Billionaire Index”  tarixində ən yüksək göstəricidir”,- deyə nəşr bildirib.

Qeyd edək ki, Mask bu ilin yanvar ayında sıralamada 35-ci yerdə idi.

İstinadlar Qafqazinfo