
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.
Prosesə hakim Dadaş İmanov sədrlik edir.
İclasda İ.Süleymanov son söz deyəcək.
Təqsirləndirilən şəxsin son sözündən sonra hökm oxunacağı gözlənilir.
Qeyd edək ki, prokuror İ.Süleymanova 20 il cəza verilməsini istəyib.