Suraxanı Rayon İcra Hakimiyyətinin iki əməkdaşı işdən çıxarılıb.

Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi Teyyublu Mirteyyub Xaqani oğlu vəzifəsindən azad edilib.

Eyni zamanda, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məmmədov Rəşid Müslüm oğlu isə yaş həddinə görə işdən çıxarılıb.

Hələlik onların yerinə heç bir təyinat olmayıb.

Faktı Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov təsdiqləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ə.Əzizov bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin başçısı olub.

Xatırladaq ki, son günlər mətbuatda Ə.Əzizovun RİH-də qalmaqallı kadr dəyişikliyi etməsi ilə bağlı xəbərlər dərc olunub.

İstinadlar Report