
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana səfər edəcək.
Bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu, Ştaynmayerin ölkəmizə ilk səfəri olacaq. Onu xanımı Elke Büdenbender də müşayiət edəcək.
Almaniya prezidenti Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək.
Qeyd edək ki, Ştaynmayer martın 30-dan aprelin 2-dək baş tutacaq səfərində, həmçinin Ermənistana da gedəcək.