
Anqola Səhiyyə Nazirliyi 2025-ci ilin əvvəlindən indiyədək vəba xəstəliyinə 2 880-dən çox yoluxma halı qeydə alıb.
Bildirilir ki, 97 xəstə vəfat edib.
Ən çox Luanda əyalətində yoluxma (1 425 hal) qeydə alınıb. Həssas qrupa iki yaşdan beş yaşa qədər olan uşaqlar daxildir. Onlar arasında 443 yoluxma və 12 ölüm halı aşkarlanıb.