Cari il yanvarın 1-dən sentyabrın 29-dək Afrikada meymunçiçəyi xəstəliyinə 35 mindən çox şübhəli yoluxma halı və bu xəstəliyin səbəb ola biləcəyi 1 000-ə yaxın ölüm müəyyən edilib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilatın məlumatında bildirilir ki, ÜST-ə Afrikada ilin əvvəlindən bu günədək meymunçiçəyinə 35,525 şübhəli yoluxma halı, o cümlədən 996 ölüm barədə məlumat daxil olub. Sentyabrın 23-dən 29-na keçən həftə ərzində yoluxanların sayı 4 098, ölənlərin sayı isə 156 nəfər artıb.

İlin əvvəlindən həkimlər xüsusən Konqo Demokratik Respublikasında meymunçiçəyinə yoluxma və ölüm hallarını müəyyən ediblər – müvafiq olaraq 30,766 və 990. Siyahıda Burundi ikinci yerdədir, ilin əvvəlindən 1 368 nəfərdə meymunçiçəyinə yoluxma şübhəsi var. Bu ölkədə ölüm halı qeydə alınmayıb.

İstinadlar Report